Sən elə bir vaxtda rast gəldin mənə...
Elə bir vaxtda gəldin ki, nə cəsarətim çatmadı “Xoş gəlmisən” deyəm, nə də ürəyim gəlmədi “Cəhənnəm ol” deyəm. Susdum... Bilə-bilə ki, susmaq razılıq əlamətidir, susdum. Susdum ki, özün hər şeyi anlayasan, bəlkə özün bir nəticə çıxarasan.
Sən isə bu susqunluğu başqa cür yozdun. Daha bilmədin ki, mən əvvəlki deyiləm. Daha baxışlara da inanmıram, sözlərə də, göz yaşlarına da... Artıq nə on səkkiz yaşım var, nə də ömrünü gələcəkdə görən birisiyəm.
Elə bir vaxtda gəldin ki, həyatımın sərt döngəsi idi. Yaxşını pisdən seçə bilməyəcək tərzdə kor bir bəndəydim.
Niyə gəldin? Hər şeyi alt-üst etməyəmi? Yoxsa “Bax, mənim həyatımda hər şey yolundadır” deməyə? Məni yandırıb-yaxmağamı gəldin? İyirmi beş il sonra bu qəfil dönüşün səbəbi nəydi?
Çırpıb getdiyin qapını 25 il sonra gəlib kübarcasına döymək, içəri girmək üçün izn istəmək, məncə, ağılsızlıqdır. Buna icazə verəcəyimi gözləmə məndən. Çünki nə mən həminkiyəm, nə də sən. Bizi zaman qədər ayıran başqa şeylər də var. Ailə, öhdəliklər, vicdan... bir də “Nə deyərlər” qorxusu. Nə bilim, daha nə qədər mənasız əngəllər. Bunları dəf etməyimiz mümkün deyil. Çıx həyatımdan. Gəldiyin kimi də geri dön. Heç bir izah da istəmə. Məcbur etmə məni ki, yalan danışım. Düzünü desəm, gərək ikimizin də həyatı məhv ola, alt-üst ola. Günahım olmasa da, bağışla məni. Bağışla ki, düz danışa bilmirəm.
Zamanında deyilməyən kəlmə, zamanında döyülməyən qapı...
İndi nə deməyin, nə döyməyin bir mənası var. İndi bu qapının açılmağı bizə xoşbəxtlik gətirməz. Əksinə dərd, ağrı-acı verər. Yandırıb kül eylər bizi. Özü də tək ikimizi deyil, ətrafımızdakı hər şeyi külə döndərər.
Gəlişinin qəlbimdə söndürməyə çalışdığım sevgini yenidən alovlandırmasından qorxuram. Qorxuram ki, özüm-özümə hakimliyimi itirəm. Bəzən yalnız səni hiss etmək, səni duymaq, səni görmək istəyirəm. Bu hiss arzudan başqa bir şey də deyil. Sadəcə arzu... Qoy elə arzu olaraq da qalsın.
Gəlişin zamansız olduğu kimi sualın da mənasız idi.
-Tanımadın?
- Yox, tanımadım,- dedim. Amma... Səncə, illərlə həsrətində olduğum gözləri tanımaya bilərdimmi?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
ABŞ-dan şok etiraf
Bədən quruluşuna görə palto seçimi
Sabahın HAVAsı
Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib
Gəlin biraz gülək
Məşhur olmadan əvvəl aktyorların peşələri
Azərbaycanda ev şəraitində 83 uşaq doğulub - 6 AY ƏRZİNDƏ
Uşaqlar gün ərzində cəmi neçə saat yatmalıdır?
Bakıya qar yağır!
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri başlayıb
Var-dövlət nümayişi mənəvi kasıblıqdan irəli gəlir
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Sürücülər üçün məsləhət: maşını qışa hazırlayırıq
İşçiyə az maaş verənlərin nəzərinə!
Qatıqlı verməşil salatı (foto-resept)
Yaxşı ana olmağın sirləri
Evlilik məsləhətləri
Vətəndaşlar nazirdən nə istədilər?
Alma haqda bunları bilməlisiniz!
Uşağa baxan kişilərə müjdəli xəbər
Azneft meydanı bağlanacaq
Evlənəcəyiniz insandan bunları soruşun
Beren Saat xəstəxanaya aparılıb
HAVA necə olacaq?-26 Oktyabr
Vətənə 102 qızıl medal gətirdilər
Qorxunc silahlar İŞİD-in əlində
Facebook çökür?
İlon Mask oğlu ilə bağlı VİDEO paylaşıb
Afrika mənşəli virus Azərbaycanda
Tırtıl bisküvit (foto resept)
Təhsildə yenilik
Ayaq barmaqlarınız şəxsiyyətinizi ələ verir!
Dəbli çəkmələr
Sürücülərə XƏBƏRDARLIQ: "Ayaq tərləyir və sürüşür"
Güclü insanlar həyatın acı olduğunu bilir
Məşhur aktyorlar çəkiliş meydançasında öldülər-FOTO
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
"Elə bir ailə yoxdur ki, orada problem və ya münaqişə olmasın"
Günün ulduz falı - 14.10.2013
TQDK-dan imtahanlarla bağlı açıqlama
Yer yarıldı, avtomobillər yerə girdi
Facebook-da şərhlərdən şikayət olacaq
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Cavan olmam bir də mən?
Məşhurların 14 fevral paylaşımları
Toxunma şal nümunələri
Düşmənin raket hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri - VİDEO
Bakılıları xəstə edən küy
Ayşvariya Ray ekranlara qayıdır
Ərəb serialındakı səhnələr QALMQAL yaratdı -VİDEO
- ŞƏRHLƏR