“Uşaqlar harada yatır?” adlı kitab Kris Butun kamerasından dünyanın fərqli künclərindəki 9-13 yaş arasındakı uşaqların yataq otağı fotoşəkilləri ilə birlikdə həyat hekayələrini özündə cəmləşdirir. Kris Buta görə, uşaq hüquqları uşaqların özündə gizlidir. Hər şey uşaqların yaşadıqları, keçirdikləri vaxt və yatdıqları yataq otaqlarından başlayır. İqtisadi şərtlər, mədəni fərqlər və yaşanılan yerin iqlim xüsusiyyətləri də hər bir uşağın həyatına fərqli bir şəkildə təsir edər.
Uşaqların yataq otaqlarına əsasən izah edilən dünyalarını aşağıdakı fotoşəkillərdə tapa bilərik.
Kayanın 4 yaşı var. Ailəsi ilə birlikdə Yaponiyanın Tokio şəhərində kiçik bir evdə kirayənişin yaşayırlar. Kayanın bütün otağı oyuncaq və paltarlarla doludur. Kayanın anası tərəfindən hazırlanıb tikilən 30 paltarı və paltosu, 30 cüt fərqli ayaqqabası və parikləri var. Məktəbə gedəndə isə təbii ki, məktəb paltarlarını geyinir. Ən sevdiyi yeməyi isə qırmızı ət, kartof və meyvələrdən çiyələkdir. Kaya böyüyəndə karikaturaçı olmaq istəyir.
Jasminin 4 yaşı var. 3 qardaşdan ibarət olan ailəsi ilə birlikdə Amerikanın Kentukki ştatında böyük bir evdə yaşayır. Yataq otağının hamısı gözəllik yarışmalarından qazandığı taclar və yarışmada aldığı dərəcələri göstərən lent ilə doludur. Bu ana qədər 100-dən çox yarışa qatılmışdır. Boş vaxtlarını irəlidə qatılacağı yarışmaların məşqinə sərf edir. Səhnə işlərini hər gün nizamlı olaraq təlimatçı ilə birlikdə icra edir. Jasmin böyüyəndə Rok Star olmaq istəyir.
Fotoşəkildə görmüş olduğunuz uşaq ailəsi ilə birlikdə İtalyanın Roma şəhərinin Varoş məhəlləsində evsiz yaşayır. Tək varlıqları isə görmüş olduğunuz yataqlarıdır. Ailə Romaya güc-bəla ilə yığdıqları pul və aldıqları avtobus biletləri sayəsində gəlirlər. Romaya çatdıqlarında polis onları izləyənə qədər bir müddət gizli bir yerdə yaşayırlar. Ailə üzvlərindən heç birinin şəxsiyyət vərəqəsi yoxdur. Buna görə də rəsmi olaraq da işləmirlər. Çörək pullarını avtomobil şüşələrini silərək qazanırlar. Ailədən məktəbə gedənləri də olmayıb.
Donq 9 yaşındadır, Cənub-Qərbi Çinin Yunnan şəhərində bacısı və babası ilə birlikdə yaşayır. Donq otağını ailəsi ilə birlikdə paylaşır. Ailə yetişdirib satdığı düyü və şəkər qamışı ilə dolanır. Donqun məktəbi ilə evin arasında 20 dəqiqəlik yol var. Donq yazmağı və mahnı oxumağı çox xoşlayır. Axşam 1 saat dərs edir və 1 saat televizora baxır. Donqun arzusu isə polis olmaqdır.
İndira 7 yaşındadır. Bir bacı və bir qardaşıdan ibarət ailəsi birlikdə Katmandu-Nepalda yaşayır. İndiranın evi yalnız 1 otaqdan ibarətdir. Bu səbəbdən bütün ailə üzvləri ilə eyni otaqda yatır. Çox kasıb olduqları üçün ailədə hər kəs işləyir. İndira da 3 yaşından bəri Katmanduda olan bir qranit daş ocağında işləyir. Daş ocağında İndiradan başqa 150 uşaq da var. İndira gündə 6 saat işləyir. Bunun xaricində isə ev işlərində anasına köməkçi olur. İndira məktəbinə da gedir. Ən sevdiyi yemək makarondur. Böyüyəndə isə rəqqasə olmaq istəyir.
Roasi 8 yaşındadır. Kambocanın Fnom Pen şəhərində bir zibillikdə yaşayır. Roasinin yaşadığı yerdə eyni şəkildə daha beş min adam yaşayır. Roasinin yatağı köhnə rezindəndir. Roasi və onun kimi yüzlərlə uşaq hər səhər saat 6-da əvvəl duşa girir, daha sonra isə işə başlayırlar. Gördükləri iş isə təkrar emal fabrikinə şüşə, qutu, karton və s. kimi tullantıları toplamaqdır. Çox vaxt yalnız səhər yeməyi ilə kifayətlənirlər.
Zais 11 yaşındadır, ailəsi ilə birlikdə Braziliyanın Rio De Janeyro şəhərində bir mənzil dairəsinin 3-cü mərtəbəsində yaşayır. Yataq otağını bacısı ilə paylaşır. Narkotik maddə sataraq qazandığı bir məhəllədə - “Allahlar şəhəri”ndə yaşayan Zais böyüyəndə model olmaq istəyir.
Nantinonun 15 yaşı var. Şimali Keniyada Rendill qəbiləsinin bir üzvüdür. İki qardaşı və iki bacısı var. Evi qum üzərində plastiklərdən düzəldilmiş kiçik bir çadırdan ibarətdir. Gecələri yatdıqları zaman çadırın ortasında qızınmaq üçün od yandırırlar. Bir neçə ildir kənd məktəbinə getsə də davam edə biləcəyini düşünmür.
Douha 10 yaşında dır, ailəsi ilə birlikdə Qərbi Şəriyənin Hebron şəhərində Fələstin qaçqın düşərgəsində yaşayır. Otağını 5 bacısı ilə paylaşır. Qaçqın düşərgəsindən məktəbinə 10 dəqiqəyə gedən Douha böyüyəndə uşaq həkimi olmaq istəyir. Douhanın böyük qardaşı Məhəmməd 1996-ci ildə İsraildə təşkil etdiyi bir sui-qəsddə özü ilə birlikdə 26 vətəndaşı öldürüb. Bu hadisədən sonra İsrail əsgərləri evlərini dağıdıb. Douhanın yataq otağında qardaşının yatağını da görə bilərik.
XƏBƏR LENTİ
Bədii ədəbiyyata maraq niyə azalıb?
Twitter-dən yenilik
Multivarkada ətli xörək (foto resept)
Bu gün növbəti qəbul imtahanları keçirilir
Ekspert: “Hazırda orta məktəblərdə şagirdlərin vaxt potensialının 40 faizi boş qalır”
“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid müəllimlərimiz
Məşhur aktyor sərxoş halda qəza TÖRƏTDİ
Telefonsuz qalmayan qızın barmaqları bükülmür FOTO
Təhsil Nazirliyi barələrində "davam" qərarı verilmiş yaşlı müəllimlərin sayını açıqladı
20 tip moda stili (2)
Küləkli hava Şəkini işıqsız qoydu
Görüntülü zəngdə fərqli görünmək istəyirsiniz?
Obama "Facebook"da çağırış etdi
Qafqaz Universiteti Elmar Qasımova təhvil verildi
ÜST-dən kütləvi peyvəndləmə barədə AÇIQLAMA
"Gəlin barmağı" tortu (foto resept)
Azərbaycan parlamentinin payız sessiyasının ilk iclası başlayıb
Britaniyada yeni referendum istənilir
71 yaşlı Alla Puqaçovanın mini ətək geyinməsi birmənalı qarşılanmadı - FOTO
2016-cı il üçün dəhşətli proqnozlar! Bizi nələr gözləyir?
Tolgahan və Almeda körpəsi ilə -FOTO
Nəzir etmək Allahla şərt bağlamaq sayılır?
Ən bahalı gəlinliklər
Alpinizm yaşa baxmır
Mesut və Aminenin toyu oldu-FOTO
“Caliber”: Azərbaycan Ordusu Ağdərə istiqamətində fəallaşıb - VİDEO
İnstagramda milyonlar qazanan ulduzlar-SİYAHI
Hadisə yeni FOTO paylaşdı
Bakı Metropoliteni yay qrafikinə keçir
Günün qoroskopu: borc almayın, borc verməyin
Bred Pitt Etirafı ilə Gündəm oldu
Günün qoroskopu: yaxınlarınızla fikir ayrılıqları yaranacaq
İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb - FOTO
Azərbaycanda qadınlara da hərbi bilet veriləcək
BAKI 2015: Bu komandamız ən güclü oldu
Şaftalı nektarı (foto resept)
Kökündə ölüm qorxusu dayanan kompleks - Natamamlıq
Ermənilərin əsir götürdüyü Bayramın anası: “Övladımın həsrətinə dözə bilmirəm” - VİDEO
Zövqlü divar rəsmləri
Dünyanın ən maraqlı qiyafətləri
Yaddaş itkisi və əlamətləri
Ekzotik meyvələr
Kokoslu peçenye (foto resept)
Sən olmasaydın əgər...
Alpinistlərimiz Kazbeki fəth etdilər
Cansu Derenin yeni serialı bəlli oldu
Rənglərə görə xarakter testi
Cardi Bi Bakıya gəldi
İki həftəlik sevgi...
Fərqli şuba(foto resept)
- ŞƏRHLƏR