"Dərsi həyat verir" kitabından kiçik bir hissə.
"Tək görünə bilərsən, amma daim birini düşünərək nəfəs alırsansa tənha deyilsən."
Metomorfoz
Bilmədiyin vaxt, bir-birindən tamamən xəbərsiz iki insan yaşayır eyni dünyada, eyni ölkədə, eyni şəhərdə. Bəzən miqyaslar qat-qat kiçilib yaxınlaşır. Ta ki, gözlər görüşənədək... Sonra nə məsafələr ayıra bilir, nə də dünyalar.. İllərlə uzaq yaşadığın biri sadəcə qəlbində ola-ola necə də doğmalaşarmış, nəfəsin qədər yaxın olarmış. Daim sən onunlasan heç kəs görmədən,o da səninlə. Sənin üçün ən böyük dəhşət onun ölməyini düşünməkdir. Əbədi yoxluğunu ağlına sığışdıra bilmirsən. Bilmirsən ki əsl ölüm, əsl ayrılıq xəyalını arzularınla bəzədiyin birinin iblis çıxmağıdır. Bu çox dəhşətli imiş. Bu əbədi yoxluqmuş. Cismən itirmək ayrılıq deyil. Onsuz da sən onsuz günlərlə yatmağı da, yaşamağı da bacarmısan. Ürəyində ola-ola yanında sanmısan. İndi nə yanındadır, nə də ürəyində. Dumandan yaranan siması itir gözlərində, dönür ən iyrənc məxluq olur...Səni itirmək nə ağır imiş...İndi bilirəm ki, əbədiyyən yadıq biz. Çətin imiş əbədi itirmək. Yaşıyarkən ölmüş kimi hiss etmək. Bir iynənin incidəcəyindən qorxarkən büsbütün itirmək. Sadəcə qəlibmişsən sən! Ən dözülməzi də, qəbrin ürəyimdədi. Hər xatırlıyanda qəbrin üstə ölürəm mən! Çox şey istəmirəm, bircə sual qalaydı səndən sonra, bircə cavab qalaydı sənə bəraət qazandıran, özümün xəbərim olmadan məni aldadan. Səssizliyi yaran qarmaqarışıq düşüncələrin astanasında azıb qaldım lal kimi. Hər cümlədə dəymirsən, hər duyğumda yoxsan, hər xatirəmdə yalansan sözlərini tapmaq nə dəhşətlidir bir bilsən. Bəlkə də sən içimdə paramparça olmuş həyat eşqimin itən qırıntıları idin, tapılmağı da, toplanmağı da möcüzə tək olan, hələ birləşməyi möcüzədən daha gözlənilməz və ümidsiz. Gözlərimdən damla-damla tökülən hər yaşda biraz daha biz sözünü itirdim. Olduq sənlə mən. İndi mənim aləmimdə sən yoxsan. Təkcə mən varam, bir də köhnəlmiş xatirən..Hər gecə gözümü yumanda, kino çarxı tək görürəm yaşananları. Sonu hər dəfəsində eyni. Gülərək ardına belə baxmadan gedirsən, ümidim mənim, arxanda çarəsiz susqun baxışlarım qalır. Sevgi yalnız dəyərlini sevmək deyilmiş. Sevirəm, amma dəyərsizsən!!!
(Solumdakı boşluq...)
Aritmiya
Aylar oldu getdiyin. Mənsə dəqiqələr sonra, günlər sonra, aylar sonra dönəcəyinə necə də inanırdım. Aylar ilə yaxınlaşır, il illərə, illər əbədiyyətə, yoxsan sən... Nə səsin mənimlədir, nə nəfəsin... Mən hər göz yaşım axanda sənə biraz daha yaxın oluram, ürəyimdə ölmədiyindən bir daha əmin oluram. Ürəyimdə qırıldın qaldın, qırılan ümidlərim tək. Sanki xəstəliksən, nə sağalmırsan, nə öldürmürsən. Günah kölgəsisən öz əksimdə, əl çəkmirsən. Toxunuram soyuq yoxluqsan, içimdə boşluqsan, yaşadığım ən böyük yalansan!
Yenə yağış yağır, yenə nəm torpağın qoxusu səni xatırladır, yenə üşüdükcə sən düşürsən yadıma. Lazımsızım, nə çox düşürsən yadıma yağış yağanda? Niyə hər sevdiyim anın içindən sən çıxırsan istəməsəm də? Qaçıram kabusum tək səndən, yorulanda ruhum səni düşünərkən dincəlir. Sənin sevgin bilirsən necədir? Yaddaşında böyük bir şüşə qırığı saxlamaq kimi. Hər dəfə xatırladıqca o tərpənir, ağrısı dözülməz olur. Elə dözülməz ki sən bilməzsən, təsəvvür belə etməzsən. Səni sevmək hər səni xatırlıyanda səninçün ölərcəsinə darıxmaqdır. Hər darıxanda da özümə öldürərcəsinə nifrət etməkdir.
Çayın içindəki sərt daş kimidir ürəyim. Zamansa axan su... Hər ötən an bir az daha alışıram yoxluğuna. Çayın suyu axdıqca daşı daha da hamarlaşdırır, birgün tər-təmiz başqa bir forma alır. Mən də artıq nə ürəyimi, nə də özümü tanıyıram. Hər yadıma düşəndə səni həyatımın bircə güzgüsündə tapmaqçün hər yerə baxıram. Yorulmadan, bezmədən. Yoxsan ki, yoxsan... Ürəyimdə axtarıram izin qalıb, ağlımda axtarıram məntiqsiz düşüncələrim, duyğularımda axtarıram cavabsız suallarım... Hər dəfə bu sualı verirəm özümə. Ürəyimə söz keçirə bilmədiyim o, insan həqiqətən kimdir? Əslində tanıyaraq danıram özümdən kimliyini. Danıram və aldadıram özümü bilə-bilə, sənin məni aldatdığın kimi. Hər sevdiyimi anlıyanda bir gün daha peşman oluram yaşadığıma, bir tarix daha çox təəssüfüm böyüyür səni tanıdığıma və bir ürək daha çox qocalır köksümdə eşqin. Gözlərimin aynasına həkk olan rəsmin, gülüşlərin, qulağımda cingildiyən səsin, ağlımda sözlərin, sevərək yaşadığım cəhənnəmim! Suallarım bitmir, nə də sən bitmirsən. Hər sualıma cavab sən çıxırsan, hər xəyalıma bəzək sən olursan. Sən başlıyırsan, mən bitirəm. Nə sən o sənsən, nə də ki mən o mənəm. Mən səni daş bilirdim aşılmaz dağ oldun mənə, sən məni dağ bilirdin səhra oldum sevginə. Heç köhnəlməzmi bu sevgi, heç bayağılaşmazmı bu xatirələr? Dəyərini köhnələrək qazanan əşyalar kimi ürəyimdə köhnəlir sevgin. Dəyərini bir tək mən bilirəm hərçənd ki. Qeyri-mümkünləri ölüm gətirdiyi halda yaşayaraq qeyri-mümkün olduq biz. Yerimi kimsə tutdu ürəyində, yerini kiməsə vermədim mən. Verməyə cəhd belə etmədim. Çünki getdiyin gündən ölüyəm mən, gedişinlə ölmüşəm mən. Ömrümdən günlər azalır səni düşünərək, dəftərimdən ağ kağızlar...
XƏBƏR LENTİ
"Ən dəbli hamilə"-Blake Lively
Demetin evini yardılar
Heç görmədiyiniz qəribə meyvələr (2)
Messi imicini dəyişdi-FOTO
Qalstuk bağlamaq qaydaları
Qadınlarda böyrək daşı xəstəliyi
Instagram Stories-ə yeniliklər gəldi
Faydalı daşlar - Oniks (damarlı əqiq)
Barış Mançonun həyatından film çəkiləcək
Buzun fərqli quruluşları
Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı
Məsləhətinizə ehtiyacım var
Bakı Nəqliyyat Agentliyi yeni tədris ili ilə bağlı MÜRACİƏT YAYDI
Məşhur professor Nüsretin qonağı oldu-FOTO
Ən populyar brauzer hansıdır?
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
İlk gümüş dollar rekord qiymətə satıldı
Qeyri-adi toy şəkilləri
İspaniyada bitkilərə konsert verdilər - VİDEO
Təhsil Nazirliyi əhaliyə müraciət etdi
Dəfnə yarpağının faydaları haqda.
DÇ-2013-də ilk gün: Elmanla Ceyhun bürünc medal qazandı, Ramiz beşinci oldu
Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT
"Whatsapp" istifadəçilərinə növbəti xəbərdarlıq
Azərbaycanda daha 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər vəfat etdi
Müəllimlərlə bağlı VACİB QƏRAR
Rembo ekranlara qayıdır
Qadın ağlayarsa, nə etməli?
Cavan olmam bir də mən?
İlham Əliyev və xanımı Mehriban Əliyeva Papa Fransisk və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüblər
Hamam otağınızı bu çiçəklərlə bəzəyin
Saç qırılmasına qarşı maskalar
Prezident əlillərin avtomobillə təmin edilməsi ilə bağlı sərəncam imzalayıb
Kənan İmirzalıoğlu tanınmaz hala düşdü - Foto
Babil qülləsi və Afaziya
Əgər Xristofor Kolumb evli olsaydı nə olardı?
Kəntsayağı zapekanka(foto resept)
Sofi Törner ana olacaq!-FOTO
Azərbaycanda bu qadınlara fəxri adlar verildi - SİYAHI
Uğur əldə etməyin asan yolları
Maraqlı dizayn nümunələri
Orqanizmdə vitamin balansının pozulması
Valideyn himayəsindən məhrum olmuş uşaqlara xoş xəbər
Saç düzümləri
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
Deniz Çakırın QALMAQALLI görüntüsü yayıldı-VİDEO
Bu gündən Bakıya istilik veriləcək
Karantin Bülənt Ərsoyun alış-verişinə mane olmadı
Günün ulduz falı - 11.10.2013
- ŞƏRHLƏR