Bütün bunlar hərədə bir cür özünü büruzə verən fərdi asimmetriyanın nişanələridir. Məsələn, adamların bir çoxunda sağ əl, sol əldən çevikdir, qüvvətlidir, mahirdir. Amma elələri vardır ki ,onlarda tərsinədir- sol əl daha işləkdir, sağ əl ona köməkçidir.
Kişilər arasında solaxaylıq qadınlara nisbətən iki dəfə çox müşahidə edilir. Alimlər bunu qız uşaqlarının erkən yaşlarda daha mülayim, sözəbaxan olması ilə izah edirlər. Oğlanlara nisbətən qızlara sağ əllə işləməyi öyrətmək daha asandır.
Solaxaylığın səbəbləri hələ elmə məlum deyildir. İndi gəlin baxaq, sol əllə yazan uşağı sağ ələ keçirmək lazımdırmı? Əksər valideynlər, məktəbdə müəllimlər, bağçada tərbiyəçilər qəti fikirdədirlər ki, solaxay uşağı bu adətdən çəkindirmək və onu sağ əllə işləməyə öyrətmək lazımdır. Uşağı inandırmaq istəyirlər ki, bu çox pis adətdir və ən azından ədəbsizlikdir. Bunun üstündə hətta uşağı cəzalandırılar da.
Yadda saxlamaq lazımdır ki, solaxay uşağı sağ əllə yazmağa məcbur etmək çox zaman əsəbiliyə səbəb olur. Uşağın yuxusu pozulur, gecələr səksəkə ilə yatır, qorxmağa başlayır, tez-tez diksinir. Hətta bəzilərində qıcolmalar, kəkələmələr baş verir, gecə sidiyini saxlaya bilmir və yerini batırır.
Solaxayı sağ ələ məcbur etdikdə uşaqlar yazılı tapşırıqlar zamanı uşaqlardan geri qalır, xətti pis olur. Ləng yazır və hətta uşaqda oxumaq həvəsi itir. Səhərlər məktəbə getmək məsələsi gələndə əhvalı pozulur.
Digər uşaqlarda solaxaylıqdan sağ ələ keçmək ekzemanın baş verməsi, bronxial astma və s. xəstəliklərin baş verməsi müşahidə olunur.
Alimlər belə müəyyən etmişlər ki, solaxaylarda beyinyarımkürələrini funksional xüsusiyyətlərinin yalnız sol ələ üstünlük verməklə özünü göstərmir. Bu cür adamlar dah da güclü təəssürüata malikdirlər. Tez təsirlənən, tez inciyən, əhvalı tez-tez dəyişən olurlar. Kişilər qadınlara nisbətən dah da şən, zarafatcıl, qadınlar isə zahirən sakit, təmkinli görünsələr də daxilən qəmə meylli olurlar. Hər iki cins narahat təbiətli olur. Onların emosional aləmi çox zərif, incə, əsəb sistemi daha kövrəkdir.
Solaxay adamlar rəngarəng və yaradıcı əməyə daha meyl edirlər. Yeknəsək əmək onları cəlb etmir. Heykəltaraşlar, rəssamlar, artistlər, cərrahlar, modelçilər arasında solaxayların faizi daha çoxdur.
İdmanın bir sıra növündə onlar uğur qazanırlar. Solaxay adamın sümükləri zərif, çiyinləri ensiz olur. Boks, qılıncoynatma, tennis, futbol onlara müyəssərdir. Bu onunla izah olunur ki, fəzagörmə qavrayışı üçün sağ əlli adamlarda beyinin sağ yarım kürəsi, hərəkət fəallığı üçün isə sol yarım kürəsi cavabdehdir. Sağ yarım kürənin sinir impulslarının sol ələ, sonra isə sağ ələ çatmağı üçün vaxt lazımdır. Solaxay adamlarda isə bu əlaqə sadələşib- beyinin sağ yarımkürəsi görmə obrazını həm qavrayır, həm də sol əlin hərəkətinə nəzarət edir. Nəticədə, solaxay adamın reaksiyası bir neçə millisaniyə tezləşir. İdman yarışlarında bu hiss olunacaq üstünlükdür. Deməli, solaxaylıq adət deyil. Həmçinin ona qüsur demək tamamilə yanlış fikirdir. Bu şəxsiyyətin fərdi xüsusiyyətidir ki, onunla hesablaşmaq lazımdır. Elə uğur qazanmış insanların bir çoxu da solaxaydır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var
Yayda sağlam qidalanma üçün tövsiyələr
Koronavirus daha çox hansı orqanı sıradan çıxarır? - Ağ ciyər deyilmiş...
Növbəti imtahanın keçiriləcəyi tarix və yerlər açıqlandı
Qadın sürücü təhlükəlidirmi?
Məşhur aktrisa sosial mediadan imtina etdi
Ömrü azaldan daha bir səbəb bəlli oldu
MN: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur
Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü
Yeni imtahan modelinin layihəsi hazırdır - RƏSMİ
Diqqət: bu balığı almayın!
Bu pətək özü bal süzür
İdmançılarımızdan xoş xəbər
Azərbaycan nefti bahalaşmaqda davam edir
İspan dili 16-cı dərs
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Neslihan tək reklamdan 1,5 milyon qazandı-FOTO
Ağız qoxusunu necə aradan qaldırmalı?
Qırmızı düyülü salat (foto resept)
Evimizdəki təhlükə
Ölkənin ən balaca çobanı odur
Bunlar kişilər üçün zərərlidir
Rulet tortu (foto resept)
Dünyanın ən gözəl nişan üzüyü SEÇİLDİ - FOTO
Rəqəmlər (1)
Kabak qızartması (foto resept)
Əfqan qadınları niyə mavi rəngli hicaba üstünlük verir?
Fəlakət robotu ən güclü oldu
Kayli Cenner kraliça obrazında FOTOsessiya etdirdi
COVID-19-dan qoruyan altı məhsul açıqlandı
ABŞ-da pilotsuz “Uber” sürücüsü adam öldürməkdə günahlandırılır
Paradoksal həyati həqiqətlər
İnsanları geyindirən kitabxana
Dərisinin rənginə görə problemlə üzləşdi
Sürücülük vəsiqələri dəyişdirilə bilər - Texniki qüsur
Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb
Hamiləlik zamanı diş ağrısı
Erməni ulduzun paylaşımı türkləri qəzəbləndirdi-FOTO
Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
Həmkarını lüt şəkilləri ilə hədələyən Təranə: "Çaşanları aşırdıram"
Ermənistana məxsus pilotsuz uçuş aparatı ələ keçirildi - FOTO
Burak Özçivitin bu FOTOsu 1 saniyədə minlərlə bəyənmə topladı
COVİD-19 testinin maya dəyəri açıqlandı - RƏSMİ
Bu gün mövlud gecəsidir
Yay aylarında dəri baxımı
Sami Yusufdan Laçınla bağlı paylaşım
Rus Dili dərs- 5
Silahlı soyğunçuları saqqız və qəhvə qutuları ilə qovdu - VİDEO
Bakıda möhtəşəm sevgi etirafı
- ŞƏRHLƏR