Bir çox insanlar sevdiyimiz meyvələrin və ya heyvan məhsullarının təkamül müddəti ərzində necə dəyişilib bu qədər dadlı, bizə xoş gələn dada sahib olmasını qavramır və bunların əvvəldən insan üçün "hazır vəziyyətdə yaradılmış" olduqlarını düşünür. Bu mövzu "səbəb-nəticə əlaqəsi çaşqınlığı" olaraq adlandırılan, insanların tez-tez düşdükləri bir səhv arqument irəli sürmə vəziyyətindən (məntiq səhvi = logical fallacy) qaynaqlanır. Bəzi insanlar bunun cavabını bilməsə də, elm, təbii ki, bilir.
Bitkilər, əlbəttə ki, digər heyvanlar (şimpanzelər, insanlar və s.) yesinlər deyə meyvə vermirlər. Meyvəli bitkilər təxminən 140 milyon il əvvəl təkamülləşmişdir. Meyvə, bitkinin toxumlarını qorumaq üçün dişi orqanın fərqliləşməsi nəticəsində təkamülləşmişdir. Meyvənin meydana gəlməsini təmin edə bilən bitkilərin toxumları üstünlüklü mövqeyə keçmiş, daha uzun müddət daha etibarlı şəkildə qoruna bilmiş və həm həyatda qalma şansını, həm də artım şansını populyasiyada stabilləşdirmişdir. Meyvələrin dadları (əslində hər şeyin "dadı") içərisindəki kimyəvi quruluş ilə əlaqəlidir. Çünki bu kimyəvi quruluş "tumurcuqlar" dediyimiz və perceptual reseptorlarına (qəbuledicilərinə) sahib olan hüceyrələrə fərqli şəkillərdə bağlanaraq fərqli elektrokimyəvi siqnallar çıxarılmasına səbəb olur. Bu da, beynimizdə müxtəlif dadlar kimi qəbul edilir. "Şirin" ya da "turş" kimi anlayışlar "gözəl yemək" və ya "pis yemək" kimi anlayışlar olaraq qəbul edilmişdir və insan ağlının təkamül müddətində edilən şəxsi seçimlərdir. Necə ki, bir evdə ata albalını xoşlayır, oğlu isə bəyənmirsə, heyvan növləri arasında da "dad anlayışı" bir-birindən fərqlidir. Təbiət şərtlərini insan müəyyən etmir, insanın donuzlara öz ağlı nöqteyi-nəzərdən verdiyi şərhlər də təbiət üçün heç bir şey ifadə etmir. Biz diksinirik deyə donuzun qidalanma üsulu elmi olaraq "iyrənc" ola bilməz.
Uzun sözün qısası, bitkilər müxtəlif kimyəvi maddələrə sahib olan növbənöv meyvələr təkamülləşdirmişdir. İnsanın əcdadları ağaclarda yaşayarkən meyvələrlə qidalanırdı. Meyvələr bizim əcdadlarımızın əsas qida qaynaqları idi, bu səbəbdən ətrafdakı meyvələrin dadını bəyənib yeməyə meylli olanlar qarınlarını doyururdu və digərlərilə, bu meyvələri bəyənməyənlərlə müqayisədə daha üstün mövqeyə keçirdi. Bu səbəbdən nəsillər ərzində dad qavrayışımızın təkamülləşməsi və populyasiyaya içərisinə yeni davranış kimi daxil olması nəticəsində biz müasir dövrdə bu meyvələri olduqca dadlı hesab edirik. Amma növdaxili variasiya səbəbilə bəzilərimiz banan sevir, digərlərimiz isə daha çox portağal. Lakin unutmamaq lazımdır ki, nə banan, nə də portağal, misalçün, bir qurd üçün heç bir məna ifadə etməyən və sadəcə yeyilməməsi lazım olan qidalardır. Yəni meyvələr insan və ya digər canlılar yaşasın deyə mövcud deyillər. Tam əksinə, hər hansı bir növ yaşamaq üçün mühitdə tapılan qaynaqlara möhtacdır və məcburiyyət qarşısında qalalaq onlara uyğun şəkildə təkamülləşir. Yəni, primitiv misal çəkəsi olsaq, meyvələr bizdən yox, biz meyvələrdən asılıyıq. Bu fərqi qavraya bilməyənlər "səbəb-nəticə çaşqınlığı" deyilən məntiq səhvinə yol verirlər.
Keçək arılara. Arılar son 100 milyon ildir (qədim Təbaşir dövründən bəri) bal istehsal edirlər. Bunun səbəbi də çox aydındır: Qida. Yazda bal istehsal edərək vəsait toplayan arılar, qışda bu balı yeyərək qidalanırlar. Amma yenə, təkamül müddəti ərzində insan növü (və bəzi digər növlər) arıların qidalarına əl qoymuşdur və özü üçün istifadə etməyə başlamışdır. Halbuki heç bir arı "insan üçün" bal istehsal etmir. Bu mövzu haqda daha çox dini mənbələr uydurma və elmdənkənar məlumatlar yayırlar. İnsanlar məcburiyyət qarşısında qalaraq, mühitdə tapılan qidanın dadını bəyənməyə möhtac qalaraq təkamül keçirmişdirlər və hər nəsildə balın dadını daha da bəyənərək (uyğunlaşdıraraq) bu günə gəlmişdirlər.
Bitkilər son 140 milyon ildir meyvə verir. Arılar isə son 100 milyon ildir bal istehsal edir. Bütün meymunların ortaq əcdadı olmağa ən yaxın namizəd olan Darwinius masillae (İda) 47 milyon il əvvəl yaşamışdır. Homo sapiens, yəni biz isə 200.000 il əvvəl təkamülləşmişik. İnsan üçün məhsul istehsal etməyi qoyaq bir kənara, bu canlılar bütün meymunların ortaq əcdadından belə qədim dövrlərdən bu işi özləri üçün yerinə yetirirlər. Biz, sonradan təkamül səhnəsinə çıxmış sıravi bir heyvan növündən təkamülləşmiş olan təbiət oğrularıyıq.
Həyatın təkamülü
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR