Bundan təxminən 150 il əvvəl irəli sürülən təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli sehridir. Bu nəzəriyyə hədsiz möcüzələrlə dolu canlıların mənşəyini təsadüflərlə açıqlamağa çalışır. Heç bir konkret elmi fakta əsaslanmasa da, təsirli təlqin metodları ilə insanlar aldadılır. Ancaq elmi nailiyyətlərin artması ilə Allah’ın möhtəşəm yaratmasının incəlikləri üzə çıxarılmışdır. Artıq canlıların quruluş vahidi olan bir zülalın belə təsadüfən meydana gəlmədiyi riyazi cəhətdən sübut edilmişdir. Elektron mikroskopları ilə hüceyrənin içindəki həyat gün üzünə çıxarılır və heyranedici təfərrüatları göstərilir. Bu məqalədə birlikdə bu maraqlı nümunələrdən biri ilə tanış olacağıq. Hz. Musanın əsasının Misirdəki sehrbazların hiyləsini puç etməsi kimi bu məqalədəki dəlillər də dövrümüzün ən böyük hiyləsini puç edir. Gəlin, buna birlikdə şahid olaq.
Allahın insana verdiyi ən böyük nemətlərdən biri yeriməkdir. Bunun sayəsində hərəkət edə bilirik. İstədiyimiz yerə gedib ehtiyacımızı asanlıqla təmin edirik. Habelə, bir çox canlı dörd ayaqlı ikən biz iki ayaq üstündə yeriyirik. Elm dünyasında yaxın dövrdə böyük kəşf edilib. Kinezin və miozin 5 adlı zülalların eynilə insan kimi başqa zülallar üzərində yeridikləri aşkar edilib. Üstəlik, bu molekullar yeriyərkən arxalarında orqanoid və vezikul adlanan bağlamalar daşıyırlar. Zülal yeriyərkən lazım olan enerjini ATF molekullarından alır. Bu enerji nəticəsində zülalın üçölçülü formasında dəyişiklik olur. Molekullardakı bu forma dəyişikliyi isə zülalın hərəkət etməsinə səbəb olur.
2 ayaq üstündə yerimək müəyyən təlimdən keçdikdən sonra mümkün olur. Molekulların 2 ayaq üstündə yeriməsi çox qəribədir. Ətrafınızdakı cansız əşyalar havada uçuşsaydı, şübhəsiz ki, təəccüblənərdiniz. Hüceyrədə bu cür heyrətamiz proseslər hər an baş verir. Bunlardan biri miozin 5 və kinezin zülallarının şüurlu insan kimi yeriməsidir. Bu, çox təəccüblü vəziyyətdir. Allah’ın səbəbsiz yaratmasının ən bariz nümunələrindən biridir. Təkcə bu nümunə təsadüfləri ilahlaşdıran təkamül nəzəriyyəsinin nə qədər ağıldan kənar olduğunu göstərir. Bir zülalın başqa bir zülalın üzərində yeriyərək hərəkət etməsi ən təsirli yaradılış dəlillərindəndir. Bu cür dəlillərdən bəhs edilməsi insanların Allah’ın varlığını daha açıq şüurla görməsinə səbəb olur. Bu nümunələri görən insanları təkamül cəfəngiyatı ilə aldatmaq çətindir.
Kinezin adlı zülal molekulu mikroborucuq adlı başqa zülalın üstündə yeriyir. Bu zülal, eyni zamanda, belində yük daşıyır. Hüceyrənin içində hərəkət etməsi çətin olan yüklər bu yolla lazımi yerlərə çatdırılır. Bir zülalın həm yeriməsi, həm də hüceyrə üçün lazımi yükü daşıması ən maraqlı yaradılış dəlillərindəndir. Burada səbəblər yoxdur. Allah bu cür nümunələrlə səbəbləri də Özünün yaratdığını göstərir.
İnsanın illərdən bəri arzusu olan yeriyən robotlar elm adamları və mühəndislərin birgə fəaliyyəti nəticəsində icad edilmişdir. Bir molekulun eynilə insanlar və ASIMO adlı robot kimi yeriməsi heyrətamizdir. Molekulların hüceyrədə digər böyük molekulların üstündə yeriyərək yük daşıması çox maraqlı yaradılış dəlilidir. Hər an hüceyrələrinizdə saysız-hesabsız zülalın yeriməsi həyatın nə qədər böyük möcüzə olduğunu göstərir.
Həyat bir-birini əzmək üzərində deyil, həmrəylik üzərində qurulmuşdur.
Zülalların insanlar kimi yeriyərək yük daşıması heyranedicidir. Şüursuz molekulların bu cür fədakarlıq etməsi həyatı güclü ilə zəifin mübarizəsi, bir-birini əzmə meydanı kimi göstərən təkamül nəzəriyyəsini təkzib edir. Hüceyrələrimizdə hər an saysız-hesabsız zülalda təcəlli edən bu həmrəylik və fədakarlıq təkamül nəzəriyyəsinin xəyalını qurduğu dünyanın nə qədər yanlış olduğunu göstərir.
R.Əkbərov
XƏBƏR LENTİ
Taylandın ağ məbədi
Məşhur aktyorun ayağı zədələndi
HAVA necə olacaq?
Qaxda yeni körpü salınır
2012-nin köynək modelləri
Akademikdən ölkənin ekoloji durumu ilə bağlı qorxunc xəbərdarlıq
Azərbaycanda abortların sayı artıb
"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...
Şirvanşah Şahənşah
Hörüklü-muncuqlu qolbağı
Bütün Dünya bu qızdan danışır-FOTO
Eşq beyinlə başlayır, ürəklə bir əlaqəsi yoxdur!
HAVA necə olacaq?-19 Sentyabr
Ermənilərə tutarlı cavab
Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş
Hava haqqında - 07.10.2013
Birinci sinfə qəbulda yenilik
Unutqanlıq xəstəliyi - Amneziya
Ya həmişə, ya heç vaxt psixologiyası
Mövlana sözləri-3
Balın dəriyə təsiri
Koronavirusla bağlı son STATİSTİKA
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
Mehmet Ali Erbildən xəbər var-FOTO
Qabarıq ətək modelləri
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
Ancaq qadınların bildiyi hallar
Türkiyə və Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir
İggi ilk dəfə ana olduğunu etiraf etdi
Məşhur aktyorun həbs əmri çıxdı-SƏBƏB
Türkiyəli aktyor ata olacaq
Serenay Sarıkaya "Alisa" olacaq!-FOTO
Fantastik gözəlliyə sahib yerlər
71 yaşlı məşqçi koronavirusa qalib gəldi
Gülüş...
Əncirli keks (foto-resept)
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Azərbaycan qış vaxtına keçdi
Ali məktəblərdə illik təhsil haqları niyə artıb?
6 gün qaranlıq olacaq
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Səbzi qovurma (foto resept)
Ramazanı sağlam keçirmək istəyənlər üçün məsləhətlər
Daima gənc qalmağın 3 yolu
Arıqladan mixək suyu
Sabahın HAVAsı
Kafedə müştərilərə robotlar xidmət edəcək
“WhatsApp” rekord qırır
Qıvırcıq saçları düzləşdirmək üçün maska
İşdə sizə kömək olacaq oyuncaqlar
- ŞƏRHLƏR