İtalyan klassik bəstəkarı və mahir violençel ifaçısı Luici Bokkerini 18ci əsrin ortalarında Avropanı ələ keçirən Qalant musiqi tərzinin əsas nümayəndələrindən biri olmuşdur. O, musiqi janrı kimi simli kvartetin inkişafına mütləq təsir göstərmiş (Yozef Haydn “kvartetin atası” hesab olunur) və ilk simli kvintetin müəllifi kimi tanınmışdır.
Bokkerini ilk bəstələrini 17 yaşında çap etdirmişdir. Atası ilə Milan səfəri uğurlu keçsə də, 1766cı ildə atası vəfat edir. Bundan sonra violençel Filippo Manfredi’yə qoşulan Luici, Parisə gəlir (1767) və yeni cütlük qitə mədəniyyətinin mərkəzində olduqca tanınmağa başlayır. Bu dövr bəstəkar üçün “simli kvartet vaxtları”dır.
1769-cu ildə cütlük Fransanı İspaniyaya dəyişir. Bu qərarın qəbulunda ölkədəki ispan səfirinin Luiciyə təsiri də mühüm rol oynamışdı. Yeni bir janra istiqamətlənən Bokkerini üçün bu dövrü simli kvintet vaxtlar adlandırmaq olar. Əlavə olaraq violençel ifasına köklənmiş bəstəkar, 1771ci ildə ilk evliliyini reallaşdırır; Klementino Peliço adlı qadından 5 uşaq sahibi olur.
1785-ci il Luici üçün çətin keçir; əvvəlcə həyat yoldaşı Peliço, arxasınca rəisi və əsas maliyyə dəstəkçisi arxiyepiskop Don Luisin ölümü. Növbəti illərini kral Çarlzın təyin etdiyi pensiya ilə yaşayan Bokkerini sonradan Prussiya lideri olacaq Fridrix Vilhelmin “xüsusi otaq bəstəkarı” (composer of chamber ) tərifinə layiq görülür. Yeganə operası olan və vəfat etmiş arvadına həsr etdiyi “Klementina”-nı məhz bu ərəfələrdə qələmə alır.
Luici Bokkerini 2-ci dəfə 1787-ci ildə, Xoakina Porreti adlı xanımla evlənir. Yenidən bədbəxt hadisələr bəstəkarın yaxasını buraxmır; 1802-ci ildə 2 qızı, 1804-cü ildə 2-ci arvadı ilə digər bir qızı vəfat edir. Baş vermiş siyasi oyunlar nəticəsində kral pensiyasından da məhrum olmuş Luici kasıb həyatında xəstəlikdən də əziyyət çəkməyə başlayır. 1805-ci ildə acınacaqlı vəziyyətdə ölən Bokkerini İspaniyada Müqəddəs Maykl kilsəsində dəfn edilsə də, 1927-ci ildə Benito Mussolininin göstərişi ilə sənətkarın qəbri İtaliyanın Lukka şəhərindəki San Fransisko kilsəsinə gətirilir. Bəstəkar 62 illik həyatı boyu 500-dən çox dini musiqi, simfoniya və konsertlərin müəllifi olmuş, ömrünün axırlarını keçirtdiyi İspaniya mədəniyyətindən təsirlənərək “Fadango” kimi möhtəşəm əsərə imza atmışdır.
Dinləyəcəyiniz əsəri isə çoxları eşitsə də, müəllifindən xəbərsizdir. Buyurun, dinləyin…
XƏBƏR LENTİ
Bir dəfə də sus, bomba partlamayacaq...
Şeytanın sevdiyi 10 adam
"Google"də YENİLİK
Saçların uzanmasını sürətləndirən maskalar
Qadın, yoxsa kişi rəhbərlər daha ədalətlidirlər?
Uşaqlarda korluq yaradan səbəblər
Bu kolbasalardan uzaq durun-RƏSMİ XƏBƏRDARLIQ
Güləşçimiz Macarıstanda medal qazandı
Hamiləlikdə üzmə
Partlayışda yaralanların 13-ü evə buraxıldı
Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ
Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi - SİYAHI
Səudiyyə də Suriyanı vurmağa başladı
Aylar sonra ilk dəfə birlikdə göründülər-FOTO
Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ
Qarderob otağının faydası
Günün ulduz falı
Prezidentlər savaşdı
Yemək qoxularını necə aradan qaldırmalı?
Milli Qəhrəman Namiq Allahverdiyev
Alimlər: Koronavirus beyini də zədələyir
Bakıda qeyri-adi yenilik
Kimlər üçün maskadan istifadə etmək təhlükəlidir?
NASA kosmosda “robot otel” qurur
Günün qoroskopu: təmkinli, amma əzmkar və qətiyyətli olun
Şəkər paketlərindən don hazırladı
Azərbaycanda zəlzələ oldu
Amber yeni paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qara çiyərli qızartma(foto resept)
Hava haqqında
Övladınıza ad qoyarkən düşündünüzmü?
Niyə dərmanlar hər aptekdə fərqli qiymətə satılır? - VİDEO
“Facebook”da yenilik
Bu gün Arzu Əliyevanın doğum günüdür! - VİDEO
Ermənistan ordusunun “onurğa sütunu” sayılan xüsusi təyinatlılar darmadağın edilib
Kişilərin tez-tez dedikləri 6 yalan
Dünyanın ən varlı 10 adamı
Qarın köpünə qarşı limonlu qarışım
Bu tələbələrin təhsil haqlarını Neft Fondu ödəyəcək
Sabah 32В° isti olacaq
Mitinq çağırışı edən saytlar bağlanacaq
AZAL klubunun vitse-prezidenti: “Bütün klublar rüsumdan narazıdı”
"Sevinc" salatı (foto resept)
Onurğada ağrılar niyə yaranır?
Bakıda koronavirus xəstələri üçün açılan klinikada neçə xəstə var? - RƏSMİ
Suriya hakerləri CNN-ə hücum etdilər
Dəvətnamə sayəsində eyni qızla evləndiklərini öyrəndilər-FOTO
Ermənilərin 10-dək hərbçisi məhv edildi
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Qan aldırmaq nəyə kömək edir?
- ŞƏRHLƏR