Paltar bədənin istilik vermə funksiyasının tənzimlənməsini təmin edir,onu əlverişsiz metereoloji amillərdən, xarici çirklənmədən, mexaniki təsirlərdən mühafizə edir, insanın ətraf mühit amillərinə adaptasiya vasitəsi rolunu oynayır. İnsan orqanizminin müxtəlif fizioloji xüsusiyyətlərindən, yerinə yetirdiyi işin xarakterindən və ətraf mühit şəraitindən asılı olaraq paltarın bir neçə tipi vardır: məişət, peşə, idman, hərbi, xəstəxana paltarları və s. Gündəlik paltarlara aşağıdakı gigiyenik tələblər qoyulur:
1. Paltar paltaraltı sahədə optimal mikroiqlim yaratmalı və orqanizmin istilik şəraitini təmin etməlidir.
2. Tənəffüsü, qan dövranını və hərəkəti çətinləşdirməməli, daxili orqanlara, dayaq-hərəkət aparatına təsir etməməlidir.
3. Lazımi dərəcədə möhkəm olmalı, çirklənmədən asanlıqla təmizlənilməlidir.
4. Ətraf mühitə toksik maddələr xaric etməməli, dəriyə və ümumiyyətlə orqanizmə mənfi təsir göstərən fiziki və kimyəvi xassələrə malik olmamalıdır.
5. Nisbətən az kütləyə malik olmalıdır (insanın bədən çəkisinin 8-10%-ə qədər).
Paltarla bədən arasındakı mikroiqlim mühüm gigiyenik əhəmiyyətə malikdir. Ətraf mühitin temperaturu 9-220C olduqda paltarın altında mikroiqlim göstəriciləri aşağıdakı kimi olmalıdır: havanın temperaturu -32,5-34,5вЃ°C, nisbi rütubət- 55-60%, CO2 (karbon qazı) konsentrasiyası -1,0-1,5%-ə qədər.
Paltarın gigiyenik xassələri əsasən parçanın növündən, paltarın hazırlanma xarakterindən və formasından asılıdır. İstifadə olunan parça iqlim şəraitinə uyğun istilik keçiriciliyinə, lazımi dərəcədə hava keçiriciliyinə və rütubət tutumuna malik olmalı, qıcıqlandırıcı xassəsi olmamalıdır. Parça yumşaq, elastik və möhkəm olmalı, istifadə olunduqda öz gigiyenik xassələrini dəyişməməlidir. Parçada su buxar və ya damcılar şəklində ola bilər. Tünd rəngli parçalar istiliyi açıq rəngli parçalara nisbətən çox udur.
Parçanın ultrabənövşəyi şüa keçirməsi mühüm xüsusiyyətlərdəndir. Sintetik parçalardan kapron, neylon ultrabənövşəyi şüaları 50-70% buraxır. Asetat liflərdən olan parçalar 0,1-1,8% keçirir. Sıx yun, sətin parça bu şüaları pis, çit və pambıq parçalar isə yaxşı keçirir. Polimer əsaslı parçadan keçən ultrabənövşəyi parçalar özünün bioloji təsir xassələrini saxlayır. Kapron parçadan keçən şüalar 5 dəqiqəyə bağırsaq çöplərinin, qızılı stafilokokların və digər bakteriyaların 97,0-99,9%-ni məhv edir. Paltarı geyindikdən bir müddət sonra köhnəldikdə və çirkləndikdə öz xassəsini dəyişir. Çirklənmiş paltarla qarın yatalağı, dizenteriya və digər infeksiyalar keçə bilər. Ona görə də bir sıra yoluxucu xəstələrin dezinfeksiya olunmalıdır. Parçaların boyanması üçün istifadə olunan boyalarda zəhərli qarışıqlar ola bilər. Belə maddələr və sintetik boyalar müxtəlif kimyəvi liflərdən hazırlanan paltarların boyanmasında istifadə edildikdə güclü qaşınma ilə müşayiət olunan ekzemaların baş verməsinə səbəb ola bilər. Paltarların hazırlanmasında kimyəvi lifərdən (süni və sintetik) də geniş istifadə olunur. Kimyəvi liflərdən olan parçalar antimikrob xassəyə malikdir.
Ayaqqabılara qoyulan gigiyenik tələblər ayaqları mexaniki təsirlərdən, zərbələrdən, soyuqdan və islanmadan qorumağa yönəldilmişdir. Ayaqqabılar ayaqları qızdırmamalı, tərlətməməli, funksiyasını pozmamalı, sıxmamalı, yumşaq, yüngül, rahat olmalı, hava və əmək şəraitinə müvafiq olmalıdır. Ensiz və dar ayaqqabı ayağın deformasiyasına səbəb olur. Əvvəlcə dəridə qalınlaşma və sürtüklər əmələ gəlir, sonra isə ayağın yumşaq hissəsi və sümükləri deformasiyaya uğrayır. Dar ayaqqabı dırnaqların ətə girməsinə səbəb olur, qan dövranını pozur, ayaqların tərləməsini gücləndirir, yastıpəncəliyin inkişafına şərait yaradır. Bundan əlavə dar ayaqqabının qan dövranını pozması nəticəsində ayaqların tez soyuması baş verir və bu da soyuqdəymə xəstəliklərinin törənməsinə meylliyi artır. Ayaqqabı hazırlanması üçün əsas gigiyenik tələbləri ödəyən material təbii dəri hesab olunur. O, havanı yaxşı keçirir, islanmaya davamlıdır, ayağı isti saxlayır. İsti iqlimdə ayaqqabının altı ayaqların altını qızmaqdan qorumalıdır.
Hazırda ayaqqabı istehsalında süni materiallardan geniş istifadə olunur. Süni dərilər normal şəraitdə istifadə edildikdə belə işığın, istinin, kimyəvi maddələrin təsirindən ətraf mühitə müxtəlif bioloji aktiv maddələr xaric edir. Ayaqqabı hazırlamaq üçün istifadə olunan süni dərilər məsaməli, az istilik keçirmə xassələrinə malik olmalıdır.
Əziz xanımlar, inanıram siz ayaqqabı və ya paltar seçimi edərkən bunlara əməl edirsiz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
4 fərqli hörük modeli
Qış gəldi, amma istilik yox
2018-ci ildə evlənən məşhurlar
İş axtaranların nəzirənə
BÜRCLƏR bizə nə vəd edir?-15 Sentyabr
Make up (foto dərs)
İstifadə etmədiyiniz əşyaları dəyərləndirməyin yolları
Sabah Bakıda hava yağmursuz olacaq
Hava dəyişikliyi insan psixologiyasına təsir edir
Gənc yaşlarda saç ağarması
Dünyanın kənarındakı vulkan püskürdü: aləm külə büründü
Günün ulduz falı
Cemli bulku (foto resept)
"Gülmək insanı qocalmaqdan qoruyur""
BÜRCLƏR bizə nə vəd edir?-23 Aprel
Artıq çəkidən xilas edən yürüyüş haqqında bilmədikləriniz
7 gün ərzində pomidor yeməyin faydaları
"Avropa İttifaqı-Azərbaycan əlaqələri öz nəticəsini verir"
Rus tankları artıq Azərbaycanın ərazisindədir
Oruc tutmayan insanlar nə etməlidirlər?
Hava haqqında
Dünyanın ən uzun tuneli bugün açılacaq
Azərbaycanda zəlzələ
Günün ulduz falı
Qəlb hüzuru üçün namaz
Qaraciyər haqqında çox maraqlı 14 FAKT
Çingiz Mustafayevin çin olan arzusu
Özünü reallaşdırmaq
Snayder 36 minlik təzminat ödəyəcək-FOTO
Hikmət Hacıyev erməni terrorçuları tərəfindən dağıdılmış Gəncə bazarının görüntülərini paylaşdı - FOTO/VİDEO
"Butoyaş" salatı (foto resept)
Prezident Bakı məscidində
Niyə açıq havada toy keçirmək olmaz?
ASAN-dan yeni xəbər
İşinizdən razısınızmı?
Şirin Fəsəli (foto resept)
"Nəvəmin mənə nənə deməsini istəmirəm" - Seda Sayan
İdmançımız Avropa çempionu oldu
Yeni tikililərə niyə istilik sistemləri qoşulmur? - RƏSMİ
Dərdlərə dərman olan badımcan sapı
Günün qoroskopu: ömür dediyin...
Müdafiə Nazirliyi: “Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
Müdafiə Nazirliyindən hərbi forma geyinən mülki şəxslərə XƏBƏRDARLIQ
Dünya milyarderlərinin yeni reytinqi açıqlanıb
Rahat ayaqqabılar
Android-də təhlükəli virus yayılır
Pendirli kotlet və kartof kotleti (foto-resept)
Kompüter monitorları alan azalır
Niki Minajın yoldaşı 10 illik həbs oluna bilər-SƏBƏB
- ŞƏRHLƏR