Dünyada təxminən 500 milyon ev pişiyi var. Bunlar 33 fərqli irqdən törəyiblər.
Ən iri gövdəli pişik irqi Ragdoll, ən kiçik pişik irqi isə Singapuradır. Ragdoll cinsli erkək pişiklərin ağırlığı 5 kq ilə 9 kq, dişilərin ağırlığı isə 4.5 kq ilə 7 kq arasında dəyişir.
Singapura cinsinin erkəkləri təxminən 3 kq, dişiləri isə 2 kq ağırlıqda olur.
Orta hesabla bir pişik ildə 2-3 dəfə hamiləlik keçirir və hər doğuşda 1-8 bala dünyaya gətirir. Məhsuldar həyatı dönəmində bir pişik 100 balaya sahib ola bilir.
1952-ci ildə ABŞ-da Texas ştatında Tabby adlı pişik cinsi 18 yaşında son balasına sahib olmazdan qabaq dünyaya 420 bala pişik gətirdiyinə görə rekord qazanmışdır.
Tək bir cüt pişik və onların doğduqları bala pişiklər 7 il içində 420,000-ə qədər pişik dünyaya gətirə bilər.
Pişiklər xüsusilə gecə ov edirlər. Ov zamanı ən böyük özəllikləri səbirli, təmkinli və sürətli olmasıdır. Yalnız qulaqlarının köməyilə siçan ovlayırlar.
Tam qaranlıqda pişiklər də görmür. Amma gözləri ən az işıqdan yararlana bilir. Gecə ov edən bir çox heyvanların gözlərində olduğu kimi pişiklərin gözlərində də ağ təbəqənin arxasında “tapetelum” deyilən bir hüceyrə təbəqə var. Ona görə pişiyin gözləri gecə parlayır. Bunu mən də təzə öyrənmiş oldum.
Pişiklərin beynində rəngli görməni təmin edən sinir hüceyrələrinin olmadığı üçün hər yeri ağ-qara görməsi zənn edilmişdi. Amma son təcrübələr göstərdi ki, pişiklərin beyni rəngi seçmə xüsusiyyətinə malikdir.
Çox uzaqlara aparılıb azdırılan bir pişiyin təkrar əvvəlki yerinə dönməsi tam mənasıyla açıqlanmamışdır. Yaxşı dırmaşır,sıçrayır və lazım olanda üzür. Balıq ovlayan pişiklər da var. Yüksək yerlərdən düşərkən tərs dönərək 4 ayağı üzərində dayana bilmə refleksi çox güclüdür. Bəzən yaralana da bilər. Son dərəcə təmizliyə riayət edir.
Bir pişiyin normal bədən istiliyi, 38 və 39 ° C arasındadır (101 ve 102.2 ° F).
Pişiklərin bədənində 290 sümük ve 517 əzələ vardır, insanda isə bundan 24 ədəd az sümük var. Onların körpücük sümükləri olmadığından başları keçə biləcək hər yerdən keçirlər.
Pişiklər haqda bilmədiyimiz maraqlı faktlar:
1. Bir pişiyi əzizləməyin insanda qan təzyiqini aşağı salması elmi olaraq sübut edilmişdir. Yüksək qan təzyiqi xəstələri pişik saxlaya bilər.
2. Bir pişik digər bir pişiyə heç miyoldamaz. Bu səs pişiklərin insanlara ayırdıqları bir xitabdır.
3. Təxminən bir pişiyin həyatının 30 %-i tumarlanmaqla keçər.
4. Pişiklərin eşitməsi itlərdən və insanlardan da güclüdür.
5. Qaranlıqda insandan 6 dəfə artıq görə bilirlər.
6. Hər 3 Amerikalıdan biri pişik saxlayır.
7. Bir pişiyin quyruğunun 1 sm-də 12 min tük var.
8. Pişiklər elektrik xətləri və kabellərlə oynamağı sevir. Amma bu onlar üçün təhlükəli ola bilər. Ona görə evdə elektrik əşyalarını pişikdən uzaqda saxlayın.
9. Pişiklərin bığları ətrafdakı hərəkətlərə qarşı çox həssasdır. Ani bir hərəkət bığları tərəfindən hiss edilir.
10. Bir bala pişiyin sağlam olması üçün ən azı 3 ay anası ilə qalması lazımdır.
11. Evdə yaşayan pişiklər ev əşyalarının və öz əşyalarının (su, yemək qablarının, tualetlerinin) yerlərinin dəyişdirilməsini heç xoşlamazlar.
12. Pişiklər, xüsusilə də bala pişiklər oyun oynamağı çox sevirlər.
13. Pişiklər qadınlarla daha yaxşı yola gedir, çünki qadınların səsi daha incədir.
15. Normal bir ev pişiyi saatda 49.6 km qaça bilir.
16. Öz hündürlüyündən 5 dəfə yüksəyə sıçraya bilir.
XƏBƏR LENTİ
"Ermənilər digər əraziləri də işğal ediblər"
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Ermənilər Laçından qaçırlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Pesto souslu balıq (foto resept)
İnsanı ölümə aparan içkilər
Bu günün tarixi (07.09.2015)
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Messinin 30 yaşı oldu!
Günəş haqda qorxunc proqnoz
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Evlilik ildönümlərini belə qeyd etdilər
Əsəb xəstəliyi testi
Sağ qalmaq üçün bunları etmək şərtdir
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Tərəvəzli plov (foto resept)
Güzgüdəki əksim - həyat yoldaşım
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Uşaqlara riyazi hesablamaları sevərək öyrədin
Gəncliyin sirri-Səməni
Hansı çiçək hansı otağa qoyulmalıdır?
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Kimdir günahkar?
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA
Da Vinçi klonlaşdırılır
Serenay uşaqlıq fotosunu paylaşdı-FOTO
Dünyanın ən qəribə toyu
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
48 kiloqram arıqlayan aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Marsda müəmmalı baza tapıldı-FOTO
Google istifadəçiləri izləyir
Doğum sonrası qanamalar
Göbələk xəstəlikləri
Çin dollar satışını məhdudlaşdırıb
Fərqli bəy-gəlin-FOTO
Dollar yenə ucuzlaşdı
Bu kitabı əkəndə ağac olur - FOTO
İnstagram milyonçuları
Əlil uşaq və ailə
Hamiləliyin ən gözəl tərəfləri
Azərbaycan üçün yaxşı proqnoz
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Hava necə olacaq?
- ŞƏRHLƏR