Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövrün daxilində hər il bir heyvan üzərində təhvil olur. Yaponiyada bu təqvim çox məşhurdur.
Əziz Qadın. Netlilər, buyurun öz doğum tarixinizi asanlıqla axtarın, tapın, oxuyun.
Meymun ili - 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016...
Bu insanlar ağıllıdırlar, cəlddirlər, ixtiraçıdırlar, orijinaldırlar. Ən mürəkkəb məsələni asanlıqla həll etməyi bacarırlar, lakin bununla bərabər etibarsız və ziddiyyətli insanlardırlar. Onlar hər nə oldusa, onu dərhal bilmək və öyrənmək istəyirlər, səbrsiz və hər şeylə maraqlanan olurlar. Ən yüngül maneə belə onların əhval-ruhiyyələrini korlaya bilir, hər hansı bir planlarını onların gözündən asanlıqla sala bilir. Onlardan bir çoxu qərarsız olurlar, bu xüsusiyyətləri ilə digərlərdən fərqlənirlər.
Düzgün qərar qəbul edirlər, sağlam düşüncəyə malik olurlar. Əgər onlara mane olan olmasa onlar çox şöhrətli olarlar. Yüksək vəzifə sahibi olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha və siçan.
Ailə qurduqda bəzən uğurlu ola bilər-dovşan, qoyun, it, meymun.
Ailə qurmaq üçün uğursuz olanlar - ilan, qaban, pələng.
Xoruz ili - 1921, 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017...
Bu insanlar əməyi sevirlər, öz işlərini həmişə asanlıqla yerinə yetirən olurlar. İstənilən işi öhdələrinə götürüb başa çatdırırlar, hətta bu işə gücləri çatmasa belə yenə də bezmirlər, sona qədər gedirlər. İnsanlarla dərhal ünsiyyət qura bilmirlər. Həqiqəti sevirlər, həqiqət üzrə mübarizə aparırlar və çox vaxt haqlı çıxırlar. Təbiətcə utancaq olan bu insanlar çox vaxt təkliyə üstünlük verirlər. Onlar həmişə maraqlı insan olurlar, daima yeniliklər düşünüb yaradırlar. Adətən dərin düşüncəli olurlar. Bəzən eqoist olurlar, amma həddindən artıq düzgün seçimlər edirlər.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- öküz, ilan, əjdaha.
Ailə qurduqda bəzən uğurlu ola bilər- xoruz, it, dovşan.
Ailə qurmaq üçün uğursuz olanlar- at, meymun, qoyun, qaban.
İt ili - 1922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018...
Bu insanlar doğrudurlar ,onlara etibar etmək olar, sirr saxlamağı bacarırlar. Bəzən eqosit olurlar, çalışqandırlar, bir çox hallarda inanılmaz dərəcədə tərs olurlar. Heç vaxt mal-dövlətə həris olmurlar, amma həmişə pulları olur. Daima mübarizə aparırlar və bilirlər nə dərəcədə düzgündürlər. Həmişə ədalət tərəfdarı olurlar. Bir işi başladıqda sonuna kimi gedirlər və qalib olurlar. Onlardan çox gözəl iş adamı olur, vəzifələrini layiqincə yerinə yetirirlər. Əsasən ən yaxşı insani keyfiyyətlərə malik olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- at, pələng, dovşan.
Ailə qurduqda bəzən uğurlu ola bilər- siçan, ilan, meymun, it, qaban.
Ailə qurduqda uğursuz illəriniz- əjdaha, qoyun.
Qaban ili - 1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019...
Bu insanları digər illərin insanlarından ayıran ən böyük fərq onların cəsur olmaqlarıdır. Bəzən dinməzcə canlarını belə qurban verməkdən qorxmurlar. Bir işi öhdələrinə götürürlər və bütün gücləri ilə irəli gedirlər, əsla fikrindən dönməmək şərti ilə. Onlar yalnız düz yol tanıyar, düz yolla gedərlər. Çox dürüst və çalışqan insan olurlar. Dostlarını heç vaxt darda qoymurlar. Çox mütaliə edən, çox maraqlanan olurlar. Hirsli olurlar, amma dava, mübahisəni sevmirlər. Heç vaxt yaxınlarından uzunmüddətli küsmürlər. Bu onlara xas xüsusiyyət deyil.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- qoyun, dovşan.
Ailə qurduqda bəzən uğurlu ola bilər- pələng, öküz, əjdaha, xoruz, it, qaban.
Ailə qurmaq üçün uğursuz olanlar- ilan.
Siçan ili - 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020...
Bu insanlar xoş görünüşə sahib olurlar, cazibədardırlar, aydın məqsədli, zəhmətsevən olurlar. Hər zaman sərvət yığmağa cəhd edirlər, yorulmaq bilmirlər. Həddən artıq qənaətcil olurlar, pullarına hər zaman qənaət etməyi bacarırlar. Eyni zamanda əliaçıqdırlar, ehtiyacı olana yardım əllərini hər zaman uzadırlar. Çox səliqəli olurlar hər bir işdə. Şöhrətpərəstdirlər, qarşılarına məqsəd qoyub irəliyə doğru addımlayandırlar. Bütün bunlara baxmayaraq, məntiqsiz olurlar, tez hirslənirlər. Qeybətcil olurlar.
Adətən onları tez aldatmaq olur dürüstlüklərinə görə.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha, meymun, öküz.
Ailə qurduqda bəzən uğurlu ola bilər- ilan, pələng, it, qaban.
Ailə qurduqda uğursuz olan- at.
Öküz ili - 1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021...
Bu insanlar dözümlü və etibarlı olurlar. Bəzi hallarda isə səbrsiz olurlar, özlərindən tez çıxırlar. Öküzün qəzəbi sərhədlər bilməz, elə buna görə də onlar öz əsəblərini cilovlamağı bacarmalıdırlar. Adətən az danışırlar, danışmağı sevməyən öküzlər danışarsa nitqi ilə çoxlarının diqqətini çəkərlər. Üstün əqli və fiziki gücü ilə fərqlənirlər. Əslində sadə görünürlər, amma çox inadkar olurlar, ziddiyətlidirlər. Sevgiyə yüksək qiymət verən olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- ilan, əjdaha, xoruz, siçan.
Ailə qurduqda bəzən uğurlu ola bilər- əjdaha, dovşan, meymun, qaban, öküz.
Ailə qurmaq üçün uğursuz il- qoyun.
Pələng ili - 1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010, 2022...
Bu insanlar düşünməyə meyilli, həssas və çox əsəbi olurlar. Çox vaxt müdriyyətlə, özündən böyüklərlə münaqişəyə girirlər. Tez-tələsik qərara gəlirlər, bəzən bunun əziyyətini çəkirlər. Bir sözlə onlar cəsarətli və güclü insanlardır. Bu xüsusiyyətləri ilə həmişə fərqlənirlər. Bəzən yaxındakını uzaq, uzaqdakını yaxın görürlər.Sevgi onlar üçün bir əhəmiyyət kəsb etmir. İşgüzar olurlar, işlərində düzgünlüyü sevirlər, bəzən şairlik istedadları olur, seirlər, maraqlı yazılar yazırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- at, əjdaha, it.
Ailə qurduqda bəzən uğurlu ola bilər- siçan, öküz, dovşan, pələng, qoyun, xoruz, qaban.
Ailə qurmaq üçün uğursuz illər- ilan, meymun.
Dovşan ili - 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011, 2023...
Bu insanlar şöhrətpərəst olurlar, istedadlı və parlaq gələcəyə malik olurlar. Öz səxavətləri ilə həmişə fərqlənirlər, fərqlənməkləri ilə fəxr edirlər. Ümumilikdə onlara daima heyran olurlar, insanları özlərinə cəlb etməyi bacarırlar. Maddi vəziyyətləri daima qaydasında olur, bədxərc olmurlar. Bu insanlar bəzən qeybət qırmağı sevirlər, amma bu halda nəzakətlidirlər və qəddar deyillər. Onlar zərifdirlər, kimi sevirlərsə çox nadir hallarda bağlanırlar sevdiklərinə. Demək olar ki, heç vaxt özündən çıxmırlar, çox gözəl işgüzar keyfiyyətlərə malikdirlər. İnsaflıdır və bəzən edəcəkləri işə məcbur olub edirlər, ürəkdən istəməsələr belə, məcburən. Onlardan əla oyunçu çıxa bilər, amma onlar mühafizəkardırlar, ehtiyatlı insan olaraq nadir hallarda oyun oynayırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- qoyun, qaban, it.
Ailə qurduqda bəzən uğurlu ola bilər- siçan, dovşan, əjdaha.
Ailə qurmaq üçün uğursuz il-xoruz.
Əjdaha ili - 1928,1940, 1952, 1964, 1976, 1988, 2000, 2012, 2024...
Bu insanlar düzgün düşünürlər, enerjili və səbrli olurlar. Adətən çox sağlam olurlar. Dürüstdürlər, emosionaldırlar, qətiyyətlidirlər, onlara etibar etmək olar. Bəzən özbaşınalıqla fərqlənirlər. Daima fikirlərini qiymətləndirməyi bacarırlar. Onlar bacarıqlı, pul qazanan olurlar, amma pul hərisi deyillər, pul hərisi olanları da sevmirlər, bir sözlə ətraflarında belə insanlara yer yoxdur. Ailə qurmağı tez planlayırlar. Ətrafındakıların onları sevməsindən daima istifadə edirlər.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- siçan, ilan, meymun, xoruz.
Ailə qurduqda bəzən uğurlu ola bilər- pələng, at, qoyun, əjdaha.
Ailə qurmaq üçün uğursuz il- it.
İlan ili - 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013, 2025...
Bu insanlar doğuluşdan müdrikliklə doğulurlar, çox danışmazlar. Onların işləri həmişə əla gedir, amma onlar xəsis olurlar. Bəzən eqoistdirlər və şöhrətpərəstdirlər. Özlərinin aktiv iştirakı ilə daha çox uğurlar əldə edə bilərlər. Başqalarının fikirlərinə inanmadan, yalnız özünə güvənərək irəliləyirlər. Öz uğursuzluqları ilə narahat olurlar və qətiyyətli bir addım atıb uğur əldə etməyi bacarırlar. Zahirən sakit, amma təbiətcə ehtiraslı olurlar. Adətən xarici və daxili cazibədarlıqlarıyla fərqlənirlər ki, bəzən onları başqalarının gözü götürmür.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- öküz, xoruz.
Ailə qurduqda bəzən uğurlu ola bilər- siçan, dovşan, əjdaha, ilan, at, qoyun.
Ailə qurmaq üçün uğursuz illər- pələng, qaban.
At ili - 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014, 2026...
Bu insanlar pulu çox sevirlər, şən olurlar. Çox vaxt məhşur insanlar çıxır bu bürcdən. Ağıllıdırlar, diqqətlidirlər, hərçənd ki, çoxdanışan olurlar. İstedadlıdırlar, hər şey onlarda asanlıqla düzəlir, özlərinə diqqəti, parlaq geyimləri ilə və sərbəstlikləri ilə diqqət çəkə bilirlər.
Özlərinə inanandırlar, özlərinə qiymət verə bilirlər və (kişilərə) qadınlara laqeyd olmurlar. Güclü və ehtiraslı olurlar. Əyləncələri və böyük yığıncaqları sevirlər, diqqət mərkəzində olmağı xoşlayırlar. Çox müstəqildir və bu halda şəxsi mülahizəyə görə hərəkət edərək nadir hallarda məsləhətlərə qulaq asırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- pələng, it, qoyun.
Ailə qurduqda bəzən uğurlu ola bilər- əjdaha, ilan, meymun, qaban, xoruz.
Ailə qurmaq üçün uğursuz il- siçan.
Qoyun ili - 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015, 2027...
Bu insanlar ilk baxışdan xoşbəxt görünüşləri ilə diqqət çəkirlər, amma əslində bu belə olmaya da bilər. Utancaqdırlar, pessimizmə meyllidirlər, sərbəst qərar almaqda çətinlik çəkirlər. Adətən çox dindar olurlar. Onlardan nadir hallarda rəhbər çıxır, lakin işlərində diqqətli olurlar. Bu insanlar bəzən pula həddən artıq qiymət verirlər və pul qazanmağa tənbəllik etmirlər. Sadə və şirindil olurlar, eyni zamanda tez əsəbləşirlər, hisslərini cilovlaya bilmirlər. İncəsənət sahəsində uğur qazanırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- dovşan, qaban, at.
Ailə qurduqda bəzən uğurlu ola bilər- pələng, əjdaha, ilan, qoyun.
Ailə qurmaq üçün uğursuz illər- öküz, it.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
- ŞƏRHLƏR