Göyçay rayonunda Qarayazı adlı bir kənd var, Bu kənd dağların ətəyində, gözəl səfalı bir yerdə yerləşir, amma bu kəndin qəribə bir adəti var. Deyim sizdə bilin: Bu kənddə yeni doğulmuş uşaqlara ad qoymaq çox mühüm məsələdir,çünki valideyin ürəyi istəyən adı uşağına qoya bilməz. Valideyinin övladına verəcəyi ad, gərək onun əsil-nəcabətində, qohum-əqrabasında olmuş ad olsun . Yox əgər uşağına verəcəyi ad kənddə kiminsə adıdırsə bu böyük söz-söhbətə gətirib çıxardır, hətta bəzən ad üstündə çox BÖYÜK söz-söhbətdə olur. Ad yiyəsi , ad qoyulan ailəyə gedir və deyir: sizin nəslinizdə belə ad olmayıb niyə mənim adımı vermisiniz uşağınıza? Daha nələr olduğunu yazmıram. Belə hadisələr bu kənddə tez-tez olur. Ona görə də bu kənddə elə qəribə adlar qoyulur ki , lap adamın gülməyi gəlir. Bir neçəsini yazım : Gilas, Bəhli, Qızıl, Gümüş, Əzbər, Diləzbər, Çülüq, Şomba, Çirkin Bəhər, Gözəl Bəhər və s.
Əziz Qadın.net xanımları əgər sizində bildiyiniz qəribə adətlər varsa, bizimlə paylaşın.