Səməni— həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. «Səməni, saxla məni, ildə göyərdərəm səni» deyən ulularımız yazın başlamasını təbiətin yenidən canlanması kimi qiymətləndiriblər. Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir. Qədimdə səməni əsasən toxumluq buğdadan qoyulurdu. Süni qablarda göyərdilən səməni yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verirdi. Əgər səməni yaxşı cücərib boy atsa, bu o deməkdir ki, bol məhsul olacaq. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Özü də səməni yalnız evdə hazırlanmalıdır. Mütəxəsislər bazarlardan hazır səməni alınmasını düzgün hesab etmirlər. Bu səbəbdən Milli bayramımız olan Novruz bayramının əsas atributlarından birincisi -səməninin hazırlanmsını öyrənmək istəyənlərə təqdim edirəm.
Hazırlanması üçün
0,5 kq buğda,tənzif və su lazımdı.