Qadin.NET / Adət ənənə "Toy"

Adət ənənə "Toy"

Hər xalqın ,hər millətin ,öz adəti öz ənənəsi olduğu kimi , bizim xalqın da özünə məxsus adəti var.Adət ənənə dedikdə yada ilik növbədə toy mərasimi düşür.

Adət ənənə "Toy"
 

 

Başlayaq toydan.

Əvvəllər necə olurdu? Qızı bulaq başında ya toyda görərdilər.Bəyənəndən sonra qıza kimlər vasitəsiyləsə xəbər yollayardılar,əgər razı olsa ilk əvvəl ,oğlanın anası, xalası ya bibisi gedərdi qız gilə.Razılıq olandan sonra kişilər gedərdi atanın ayağına qızı istəməyə.Deyərdilər qız qapısı şah qapısı.Deyərdilər ay qız atası sənin qapına bir diləyə gəlmişik gərək yox deməyəsən.Qız atası da qalxardı o biri otağa keçib öz xanımını çağırardı ondan söruşardı qızınını fikrini.Həmı razı olurdusa ortalığa şirin çay gətirərdilər,çay içilər Allah mübarək eləsin deyərdilər.

Sonra nişan olurdu.Qırmızıya bəzədilmiş xonçalar,buynuzunda qırmızı lent olan erkəklər gətirərdilər qız evinə .Oğlan qız evinə nəinki gəlməz hətta ,o həndəvarda belə görünməzdi ayıb sayılırdı.

Sonra toy olurdu..Toydan qabaq xına yaxdı olmalıydı.Birdə bəy hamamı deyərdilər.

Gəlin evdən çıxanda ,atası onu lampanın başına 3dəfə dolandıraraq,öz xeyr duasını varirdi.Qardaşı əlinə pul bağlayırdı.Gəlin evdən çıxanda gəlin atlandırma havası çalınardı qara zurnada .Gəlin bəy evinə çatanda ayağının altında ,qurban kəsirdilər.Qapının ağzında bir boşqab olurdu, gəlin dabanıyla onu sındırırdı.Sonra qaynana gəlib Qədəmlərin mübarək ay gəlin deyərək gəlinini gərdəyin yanına aparıb otuzdurardı. Gəlin oturmayıb nəmər gözləyərdi qaynata gəlib mütləq nəmər verirdi.Toy 2ya 3 gün olurdu.Kişilər ayrı mağarda qadınlar ayrı mağarda oturardı.Toyda yengə olurdu.Qız-gəlini yengələr oynadırdı

Bəy və gəlin öz toylarında bircə dəfə oynayırdı.Toy qurtarandan sonra gəlini və bəyi yengələr aparardı gəlin otağına.

3 gün sonra üzə çıxdı edərdilər.40 gün sonra ayaq açdı, yəni gəlini öz atası evinə qonaq çağırardı.

Bəs indi elədirmi?Qoruya bilirikmi adətlərimizi?Hər millətdən bir yenilik götürmüşük ..Bayağılaşdırmışıq toylarımızı.Ucuzlaşdırmışıq adətlərimizi.Deyəndə də deyirlər müasirik .Kimə lazımdı bu müasirlik?Yaxşı olmazdımı öz milli geyimimizdə gedək toya?Yaxşı olmazdımı öz milli rəqslərimizi edək?

 

3 mart 2011
GO BACK