Qadin.NET / Yengə lazımdırmı?

Yengə lazımdırmı?

Yengə lazımdırmı?

Xalqımızın qədim toy adətlərindən biri də köçən qıza yengə getməkdir.Bu adət olub,indi də davam edir və edəcək də.Əsasən kənd yerlərində daha çox belə şeyə fikir verirlər.Şəhərdə isə bu adət öz məşhurluğunu yavaş-yavaş itirir.Ən çox da paytaxtda-Bakıda yengə sözü daha az işlənməyə başlayıb.Mən özüm dəfələrlə şahidi olmuşam ki,ərə gedən qızın arxasıyca yengə “qoşmurlar”.Toy gecəsi isə oğlanın ailə üzvləri başqa evdə gecələyirlər.Səhər nəticə ilə yalnız oğlanın anası maraqlanır.Bəzən hec maraqlanmır da.Avropa ölkələri və Amerikada isə belə adət yoxdur.Onlar müsəlman ölkələrində mövcud olan bu adət-ənənəyə qəribə baxırlar.Yadımdadır,bir neçə il qabaq Braziliya və Mərakeşin birlikdə istehsalı olan dünyanın ən bahalı teleserialı “Klon”da belə bir səhnə var idi.Hadinin əri Səid Rəna adlı ikinci xanımla evlənir.Evdə şənlik olur,”toy çalınır”,sonra hamının gözü qabağındaca bəylə-gəlini təntənə ilə öz otaqlarına yola salırlar.Sonra musiqini kəsib başlayırlar gözləməyə.Vaxt tamam olanda bəyin evdə qalan çoxbilmiş bacısı Nəzirə xanım gəlinin üzağlığını sevinə-sevinə düz salona gətirir və…ağı kişili-qadınlı hamının gözü qabağında açır və şəstlə yuxarı qaldırır.Bu anda musiqi çalınır,hamı bir-birini qucaqlayır,öpür.Əli əmini hamı təbrik edir.Nəzirə sevindiyindən məşhur “Habibi” rəqsini ifa edir və daha nələr,nələr.Biz özümüz də Azərbaycanda oturub bu teleseriala baxanda şoka düşmüşdük.

Əziz istifadəçilər,indi siz öz fikirlərinizi deyin,doğrudanmı bizə artıq yengə lazım deyil?Yoxsa,bu adətin həmişə yaşamasınımı istəyirsiniz?Fikirləriniz bizim üçün hər zaman maraqlıdır…

P.S-Qadin.net saytının xarici ölkələrdə azəri istifadəçiləri var.Əziz xanımlar,siz yaşayan ölkədə necə,yengə var?

 

 

25 mart 2011
GO BACK