Qadin.NET / Səmənilərim

Səmənilərim

Əziz xanımlar, sizlərə evdə hazırlaya biləcəyiniz səməni formalarını təqdim edirəm.

Lazım olacaq : 

Nazik kapron corab

Taxta kəpəyi (opilka)

Buğda

Əvvəlcə corabın başını düyünləyib qalın hissəsini kəsirik. Sonra tərs üzünü çeviririk ki, düyün içəridə qalsın.

İçinə azca taxta kəpəyi tökür, sonra üstünə bir ovuc buğda tökürük. Buğdanı tökəndə fikir verin ki, corab enlənə-enlənə buğda geniş hissəni tuta bilsin. Sonra üstünə taxta kəpəyi töküb sıxırıq ki, boş yer qalmasın. Baş formasını alana qədər tökürük.

Sonra düyünləyir və baş formasına salırıq, daha sonra qulaq və burun formasında dartib iplə bağlayırıq.

Tısbağanı da eyniylə düzəldirik, tək fərqi odur ki, şəkildəki kimi buğdanı fərqli hissələrə tökürük.


Sonra suyun altında qoyuruq ki suyu canına çəksin. Qabı su ilə doldurub bir qabın içinə qoyuruq.

2 gün qaldıqdan sonra sudan götürürük. Hər gün 2 dəfə su veririk, çünki quru qalmamalıdır. Tam cıxdıqdan sonra üstünü istədiyiniz kimi bəzəyin.


Bayramınız mübarək, əziz Qadın.Net-lilər, sizlərə cansağlığı, süfrənizə ruzi-bərəkət arzu edirəm. Baharın gəlişi hamımıza düşərli olsun inşAllah. Sevdiklərinizlə birgə neçə belə baharlara...

20 mart 2013
GO BACK