Toy... Bugünlərin aktual hadisəsi...
Əvvəla deyim ki, hər kəsə,hər evə şadlıq qismət olsun!Amma ürəkdən gələn, cibləri boşaldıb, problemləri çoxaldan şadlıqlardan yox :) Nədənsə belə olub... belə olmasının da səbəkarı yəqin elə özümüzük... Toy biznesinə bürünüb, el ilə sürünürük.:)
Əziz qızlarımız, gəlin olmaq arzusunda olan xanımalrımız, siz onsuzda gözəlsiniz sadəliyiniz, səmimiyyətinizlə, içinizin paklılığıyla.. Yaraşmayan makiyaj, eybləri göstərən gəlinlikllər, üz cizgilərinizi itirən saç düzümünə yox deyin. Həqiqtən sadəlik, rəng harmoniyası və Allahın sizə verdiyi sima elə ən qəşəngidir inanın mənə.
Toylarımıza gəlincə, musiqi, yemeklər, müğənnilər... Nəysə bu barədə deyilməsə yaxşıdır. Amma biz imkan verməyək... Hər şey qədərində yaxşıdır, ifratına gedən heç nəyə getməyək.
Bizi-Sizi xoşbəxt edəcək, gələcəyinizi quracaq, ailənizə səadət, sevgisi bol hisslərlə toy edək, borca salan, dadını doyasıya çıxarda bilmədiyimiz toy nə bizə, nə sizə lazımdır :)
Təki həmişə TOY olsun, özü sadə, xoşbəxtliyi zəngin olan TOY!!!:))