Qadin.NET / Bal ayı adəti haradan gəlib?

Bal ayı adəti haradan gəlib?

Bal ayı deyiləndə evliliyin bal kimi şirin keçən ilk ayı və ya evlənər evlənməz çıxılan səyahət anlaşılır. Əslində ingiliscədəki "honeymoon" kəlməsinin "bal ayı" olaraq tərcüməsi doğrudur, amma buradakı "moon" vaxt olaraq "bir ay" deyil, göy üzündəki "ay" mənasındadır. Bal ayının keçmişi ilə əlaqədar fərqli hekayələr var. Birinci hekayəyə görə bal ayının kökü Babillilər ilə o vaxtki Avropa ölkələrinə uzanır. O vaxtlar evlənən cütlüklər öncə mərasim əsnasında, sonra da 30 gün boyunca içinə bal qatılmış 'bal likörü' deyə adlandırılan bir şərabı içməkləri adətdənmiş. Hun İmperatoru Atillanında ölümünə də evlilik mərasimi sonrası içdiyi bu bal likörürün səbəb olduğu rəvayət edilir.

İkinci hekayədə isə bal ayı adəti qız qaçırma adəti ilə birləşir.Oğlan qonşu kənddən qaçırdığı qızı ailəsi axtarmaqdan bezənə qədər və ya qiz hamilə olana qədər, sadəcə bir neçə yaxın dostunun bildiyi bir yerdə gizlədir. Daha sonra cütlük ortalığa çıxır və başlıq pulu verərək xoşbəxt sona çatırlar. Göründüyü kimi bu hekayədə bal ilə əlaqəli bir şey yoxdur. Tarixçilərə görə, ingiliscədəki bal ayı mənasındakı "honeymoon" bu hekayədəki gizlənmə hadisəsinin mənası olan "hiding" kəlməsindən əmələ gəlmişdir. O tarixlərdə yeni evli cütlüyün ev işləri və heyvanlarla məşğul olmaq kimi kəndli yaşayışının lazımlı işləri durarkən, bir ay bir yerə bağlanıb baş-başa bal likörünü içmək lüksünə sahib olmaları bir az çətin olduğundan ikinci hekayə daha ağıla yaxın gəlir. Bu günümüzdəki mənası ilə bal ayı deyiminə XVl yüzillikdən sonrakı yazarların əsərlərində rast gəlinir. Bal ayının evliliyin ilk ayında edilən tətil olaraq səciyyələndirilməsi isə XVlll yüzillikdən sonradır.

24 fevral 2012
GO BACK