Qadin.NET / Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?

Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?

 

 

Maddi çətinliklər

Günümüzdə ailə qurmaq, ev sahibi olmaq, sosial həyata büdcə ayırmaq, uşaq dünyaya gətirmək və onun ehtiyaclarını qarşılamaq çox bahalıdır. Getdikcə iş tapmaq da çətinləşib. Bu çətinliklər insanlar arasında məsafəyə səbəb olur. 

Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?

Ünsiyyət qurmamaq

Yoldaşınıza axşam yeməyinə çıxacağınızı deyirsiniz... qısa mesajla. İkiniz də eviniz üçün dekorasiya fikirləri axtarırırsız... yenə telefonla. Fiziki bağlantı getdikcə azalır. Münasibətlərdə hislər, duyğular ortadan qalxdı. Nənənizlə babanızın 60 illik evliliklərini qeyd etməklərinə təəccüblənirsiniz? Onlar instaqramda kim nə yemiş, kim nə içmiş izləmirlər. Facebookda bir-birinə söz çatdırmaqla məşğul deyillər. Birlikdə dostlarına şəkil göstərmək üçün yarışmırlar. Onlar bir-birini sevməklə məşğuldur. Axşam yeməyində bir-biri ilə ünsiyyət qururlar. Mobil telefonu deyil, bir-birinin əlini tuturlar. 

Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?

Sosial media asılılığı

Sosial media hamıya məşhur olma şansı verir. Şəkil paylaşdıqda yüzlərlə insan bəyənir. Bəs həyatınız? Əgər birini sevmək istəyirsinizsə, geri qalan hamıdan diqqət görmək istəyini qırağa qoymalısınız. Eşq müqəddəs olmalıdır. Başqalarının haqqınızda nə düşündüyünü düşündükcə, bu reallaşmayacaq.

Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?

 

Tərcümə: Ustaclı

 

 

 

19 sentyabr 2019
GO BACK