Partnyorunuzun sizi aldatdığını fikirləşirsiz? Bəzi davranışları aldatma siqnalı verir ola bilər.
Şeytan detalda gizlidir.
Hara getdiyi və nə etdiyi haqqında çox məlumat verən insanların aldatma ehtimalı böyükdür. Xəyanətlərini gizlətmək üçün əlavə detallar əlavə etməyə meyillidirlər. "A-dan B-y' getdim" deyərkən radiodakı kimi lazımsız detallar verirlər.
Gözlər qəlbin aynasıdır.
İki tip aldadan var. Birincisi yalan danışarkən gözlərini qaçırır. Danışmağın kritik bir anında gözlərini yuma bilir və ya uzaqlara baxır. İkincisi isə yalan danışdığı bilinməsin deyə gözlərini heç ayırmadan baxır. Gözlərinizə dik baxaraq danışır. Bu vəziyyətdə gözlərinin çox açıq olub-olmadığına baxın.
Nəfəs salmasına diqqət edin!
Danışdıqları sözlər uydurma olduğunda insanlar təbiilikdən uzaqdır. Nə söyləyəcəyini diqqətli fikirləşər və bu sırada anormal bir şəkildə nəfəs alıb-verməyə başlayar. Qarşımızdakılar bizə çox yaxından baxarkən narahat oluruq və bu sırada üzümüzə daha çox qan axışı olur. Digər bir deyimlə üzü qızarır. Xüsusilə, siz onu suallarınızla sıxışdırdığınızda.
Əllərinə baxın!
Əlaqə qurarkən əllərimizdən istifadə etməyə meyilliyik, ancaq əllərimizin idarəsini itirə bilirik. Yalan danışarkən əllərimiz refleks olaraq doğrunu örtmə instinki ilə ağzımıza gedə bilir. Bəzi insanlar əllərinin özlərini ələ verə biləcəyi fikri ilə süni jestlər edir. Məsələn, barmaq uclarını birləşdirmək kimi.
Üz ruha açılan bir pəncərədir
Qarşımızdakıları dinləyərkən üz ifadəsini təqib edirik. Çünki üz ruha açılan bir pəncərəqir. Sıx dodaqlar, bir aşağı bir yuxarı hərəkət edən qaşlar isə kişinin yalanlarına açılan bir pəncərə ola bilər.
İnstiklərinizə güvənin.
İnsanlar hər kəsin bildiyi kimi güvənilməzdir, ancaq başqalarına qarşı olduqca səmimi görsənirlər. Birinin yalan dediyini düşünürsəniz, instiklərinizə güvənin. Əl hərəkətlərini, üz ifadələrini və davranışlarını şüurunuzdə analiz edirsiniz, ancaq şüuraltınız daha güclü bir mütəxəssisdir.