Ərinizin xəyanətini necə qarşılamalısınız?
Etibarlı həyat yoldaşına bəzi məsləhətlər:
Əgər siz ağıllı, təmkinli xanımsınızsa, aşağıda göstərilən məsləhətlər yaşadığınız böhran vəziyyətindən çıxmağa Sizə kömək edəcəklər. Amma egər Siz dəlisov, qısqanc qadınsınızsa — onda oxuduqlarınızın mənası olmayacaq. Çünki qısqanclıq dağıdıcı bir hissdir, və çoxları onu idarə edə bilmirlər.
Psixoloqlar ailə psixoterapiyası zamanı xəyanət faktları ilə tez-tez rastlaşır. Qısqanclıq zəminində xanımlar intihar cəhdi edirlər və ya ağır depressiya yaşayırlar.
Bir məqamı nəzərə almaq lazımdır ki, heç bir zaman qadın ərini nə gündəlik isterikaları ilə, nə də ki dava-dalaşla qaytara bilməz. Siz özünüzü üzəcəksiz, sonda bir xəstəlik tapıb yataq xəstəsi olacaqsız. Əriniz isə bu cür gərgin şəraitdə çox qalmayacaq bir gün həmişəlik çıxıb gedəcək.
Bezi ailələrdə bu səhnələrin şahidləri günahsız uşaqlar olur. ən çox əziyyət çəkəndə onlardı. Ola bilsin nə vaxtsa böyüklər aralarındakı problemləri həll edəcəklər, onlar kiçik dünyası isə artıq çat verdi. Bu zaman bir çox uşaqlar hətta psixi travma keçirir. Sonra valideynlər həkimlərdən övladlarını xilas etməyə yalvarırlar. Halbuki özləri günahkardılar.
Birinci məsləhət
kişi xəyanətiUnutmayın: kişilər sevgidə sadiq deyirlər. Onlar daim yeni təəssürat axtarışında olurlar. Bu əlaqələr onları özlərini bir daha təstiq etmək üçün vacibdir.
Ümid etməyin ki, nigah, ailə, uşaqlar kişilər üçün sevgi macəralarını yaşamaqda maneə ola bilər. Onlar bu məsələyə sadə baxırlar, və bəzən özlərini xain də hiss etmirlər.
Deyilən faktlar kişilərə bu hərəkətlərində haqq qazandırmırlar, sadəcə onların təbiətini başa düşməsində yardımçı ola bilər.
Xəyanət hadisəsindən faciə etməyin. Bundan daha yüksəkdə olun!
İkinci məsləhət
Əriniz xəyanətinin mümkün olan səbəblərini özünüz tapmağa çalışın.
Ailədə xəyanət problemi ailədaxili münasibətlərin böhranından yaranır. Əgər evdə insan mənəvi, psixoloji, fizioloji anlaşılma, qəlb rahatlığı tapmırsa əlbəttə o, kimdənsə kənarda özünə təsəlli axtarıb tapacaq.
Qadınlar bəzən bu səbəbi inkar edirlər, çünki bu zaman günahkar, zalım, qəddar kişi deyil, xanımlar özləri şərait yaradır.
Dərindən düşünün, əgər ailənizin dağılmağını istəmirsinizsə gecə-gündüz çıxış yolları axtarıb tapın. Ərinizi qaytarın!
Üçüncü məsləhət
Ərinizi seçim qarşısında qoymayın: “Ya ailən, ya da o… qadın”.
Bəzən onların başları o qədər qarışır ki, əvvəl yeni həyatı seçib, sonra peşman ola bilərlər. Seçim etməyə tələsdirməyin, əgər lazım bilsəydi özü qəti qərar verərdi.
Dördüncü məsləhət
Ərinizdən təəssüf, qəm — qüssələndirməyinizi gizlətməyin. Qoy o sizi məyus olduğunuzu görsün. Heç bir sözə ehtiyac olmasın, sizə baxıb o, artıq özünü təqsirli hiss edəcək.
Beşinci məsləhət
Uşaqlar sizin ən güclü silahınızdı. Amma heç vaxt onları bu situasiyaya qatmayın. Deməyin ki, atan pisdir, o ananı, sizi atıb başqa ailə tapıb.
Əriniz öz hərəkətilə sizə xəyanət edib. Ola bilər onlar üçün o nümunəvi ata olsun.
Uşaqlar sizin göz yaşlarınızı görməməlidirlər. Sizin onlara psixi travma yaşamağa səbəb olmağa haqqınız yoxdur. Valideynlərin problemlərindən övladlar əziyyət çəkməməlidirlər.
Altıncı məsləhət
Psixoloqlar hesab edir ki, qadın bu situasiyada mümkün qədər çox vaxt qazanmalıdır. Əgər bir il müddətində kişi yeni heyat qurmadısa, zaman keçdikcə bunun ehtimalı azalır.
Iki ev şəraitindən bezib ailəsinə qayıdacaq! Amma unutmayın ki, əksinə də ola bilər.
Yeddinci məsləhət
Rəqibinizlə görüşüb — münasibətlərə aydınlıq gətirmək – ancaq sizin zəifliyinizi göstərəcək. Bu addımı atmağa tələsməyin!
Səkkizinci məsləhət
Əgər çox narahatsız, əsəbisiz – özünüzü saxlamayın: ağlayın, ərinizin şəkillərini iynə ilə deşin, qayçı ilə doğrayın, amma təklikdə. Bu səhnəni nə əriniz, nə də övladlarınız görməməlidir. Depressiyalar adətən sakit, problemi içində yaşayan xanımlarda olur.
Bu hadisə sizin şəxsi probleminizdi, heç bir zaman ananızla bölüşməyin. Ona yazığınız gəlsin. Balasının əzab çəkdiyini görən ana bunu daha ağır keçirir. Nə vaxtsa mənfi hadisələr sovrulsa o, sizin həyat yoldaşınızı heç zaman bağışlamayacaq. Ona görə ehtiyatlı olun!
Ən təhlükəli qadınlar – ən yaxın sayılan rəfiqələrdi. Onlar sizə təsəlli verib arxanızca pislik edə bilərlər. Kim bilir — bəlkə elə sizə rəqib qadın – sizin ən yaxın sayılan rəfiqənizdi?!
Əgər situasiyaya hərtərəfli baxmaq istəsəniz – psixoloq konsultasiyasından istifadə edin. O sizə obyektiv qiymətləndirmədə kömək edə bilər.
Və sonda...
Müdrik insan demişdi: “Bu da keçəcək”.
Qəlb ağrısı — rahatlıqla əvəz olunacaq və siz bu hadisəni gülər üzlə xatırlayacaqsınız.