Qadin.NET / Xəyanət

Xəyanət

Xəyanət

Xəyanəti yaşayanlar üçün həyat ağ-qara görsənər, heç bir şeyin mənası qalmaz, üzün gülməz, həyatdakı heç bir gözəlliyi gözün görməz. Sərxoş adamlar  kimi başın dumanlı olar, nə edəcəyini, necə baş çıxaracağını düşünsən də, bir yol tapa bilməzsən. Təkliyə yenilməmək üçün tez-tez xəyallar qurarsan, nəyin xəyalını qurarsansa, qur tənhalıq bütün xəyalların sonudur.

Mən xəyanəti bağışlamıram. Çünki xəyanət ölümdən betər olur, ölən insan ölüb dünyasını dəyişir, bir daha həyata qayıtmır. Xəyanət edilən isə hər gün ölüb dirilir. Ona görə də xəyanət edən insan bağışlanmazdır. Əgər sevdiyin sənə görə kiməsə xəyanət edibsə, gec-tezi kiməsə görə sənə də xəyanət edəcək. Ən dəhşətlisi də xəyanət edəni layiq olmadığı qədər sevməkdir. Tək fiziki ağrıdan olmur ağrılar...

Xəyanət

Xəyanət - insana tək özünə güvənməyi bir daha  sübut edir.

Xəyanət - etmiş əziz bir adamı bağışlamaq olar. Lakin bundan sonra o əziz qala bilərmi?
Xəyanət - səndən yaxşısını axtarmaq deməkdir. Kim ki, həmişə axtarışdadır, heç vaxt yanındakının qiymətini bilməyəcək.
Xəyanət - belədir. Sənin yerini dolduracaq birini tapdıqda səni unudub xəyanət edirlər.

Xəyanət

Xəyanət - onun dadı yoxdur, dadmayın onu.
Xəyanət - edən insandan hər şey gözləmək olar.
Xəyanət - ölümün başqa formasıdır.
Xəyanət - tək o hər şeyi məhv edər.

Xəyanət
Xəyanət -  başqasını aldatmaqla başlayar, özünü aldatmaqla bitər.

Xəyanət - tək sevdiyinə xəyanət deyil, öz seçiminə xəyanətdir, öz seçiminə hörmətsizlikdir.
Xəyanət - bu haqda düşünmək belə acı verir.

 Xəyanət - canım, əzizim  dediyimiz insanın bizi tərk etməsi ilə başlar.
Xəyanət - aldatmaq niyyəti ilə edilməsə də, insanın təbiətcə zəif olduğunu bildirir.
Xəyanət - bəzən düşünürsən ki, bağışlamaq olar. Lakin ona öyrəşmək zaman alır, bəzən də həyatını.
Xəyanət - xroniki xəstəlik kimidir, əgər o bir dəfə yaranıbsa insanda, yəqin ki, o xəstəlik bir də geri qayıdacaq.
Xəyanət - əsl xəyanət nə sms, nə görüşlər, nə intim yolu ilə deyil, xəyanət başqasını yüksəklərə qaldırıb, sevdiyini aşağı endirməkdir.

Xəyanət

Xəyanət - acısını parçalanmış bir ürək ağrısı ilə yaşayarsan.
Xəyanət - içində çəkdiyin dərmansız dərddir.
Xəyanət - edən, deyəcək sözün də qalmamış. Çünkü deyiləcəklərini artıq demisən başqasına.
Xəyanət -  toxunduqca, danışdırdıqca, ovundurduqca qanayan bir ürək daşımaqdır içində. Ən dəhşətlisi də budur ki, artıq onu dəyişdirmək mümkün deyil.

Xəyanət -  edilərkən hər şeyi içinə atarsan. Lakin özünü atacaq bir yer tapa bilməzsən.

23 sentyabr 2015
GO BACK