Qadın xəyanət edə bilərmi?
Bəli! (Lakin az rastlanar). Biz hər zaman kişi 'xəyanət edər' deyərik. Halbuki, əksər qadınlar da xəyanət edə bilirlər. Hansı şərtlərdə? Nə vaxt? Necə?
Ümumiyyətlə, ruh boşluğu olduğu halda xəyanət edir (eynilə kişilərdə olduğu kimi). Ərindən sevgi, şəfqət, yaxınlıq; oxşama, öpmə, tərif görmədiyi zaman; ruhi, romantik ünsiyyət görmədikdə və ya ərini sevmirsə; ondan xoşlanmırsa, toxunmasından nifrət edirsə; əri onu anlamır, dinləmir, ruhuna xitab etmir və ya heç nə ilə razılaşa bilmirsə, qadın xəyanətə yönələr. Qadınlar yuxarıda saydığımız vəziyyətlərdə, insan olaraq boşluqlarını doldurmaq üçün müxtəlif müdafiə etmə mexanizmlərindən istifadə edərlər. Amma xəyanət mexanizmini, çox nadir olaraq ruhlarını təmin etmək üçün seçirlər. Çox vaxt mümkün olmayacaq insanlara aşiq olurlar. Ərlərində əskik olan şeyləri axtarırlar (entelektüalizm, yaraşıqlılıq, gülər yüzlülük, pul və s.).
Əlaqədə ya da nişanlılıqda da xəyanət aşağı-yuxarı eyni ruh halı içində başlayar. Qadınlar sərbəst olmalarına baxmayaraq xəyanət edir və ya heç olmasa gözü çölə boylanır isə, bu hal-hazırki sevginin yoxluğundandır. Ən yaxşısı vaxtında və zərifliyi pozmadan əlaqəni bitirməkdir.