Qadin.NET / Kişilər niyə aldadır? (2)

Kişilər niyə aldadır? (2)

Kişilər niyə aldadır? (2)

Xəbərimizin ötən hissəsində evlilik mütəxəssisi Neumanın "The Truth about Cheating" (Aldatma haqqındakı həqiqət) adlı kitabından bəzi qeydləri təqdim etmişdik. Buyurun, ardı ilə tanış olun.

40%-i digər qadınla iş yerində tanış olur. İş yerindəki yoldaşlıq tərəflərin bir-birinə qarşı cinsi əlaqə olaraq görməsi halından başlayır. Tərəflərdən birinin yoldaşlığa duyğusallıq qatması, müxtəlif komplimentlər deməsi ilə əlaqənin xarakterini dəyişdirir. Bir az narahat və mürəkkəb bir ailə həyatı kişinin bəhanəsidir, həmin anda bəhanə hazırdır. Onsuz da sıxıcı olan iş həyatına bir çimdik duz qatmaqla kim zərər görə bilər ki? Təbii ki, aldadan adamın həyat yoldaşı, sevgilisi, arvadı, ailəsi, "digər qadın"! Nəticədə də, bəlkə aldadan kişi. 

12% kişi məşuqələrinin həyat yoldaşlarından daha cəlbedici olduğunu deyir 

Kişilər niyə aldadır? (2)

Fiziki olaraq daha cəlbedici bir nəfərlə daha yaxşı əlaqə olacağı düşünülür. Bəs niyə daha çirkin bir bədənlə aldadırıq? Kişilərin emosional boşluqlarını doldurmaq üçün aldatdıqlarının bir sübutu da burada ortaya çıxır.

Kişilərin 73% -i aldatdığı qadınlarla bir aydan çox bir müddətdir ki, görüşməkdə olduqlarını deyir. Bunun mənası odur ki, aldatma baş vermədən siqnallarını görə bilməlisiniz. Telefon danışıqlarının azalması, çöldə daha çox vaxt keçirməsi, cinsi istəyinin azalması, dava-dalaşın səbəbsiz artması. Tanış gəlir? Hər münasibətdə dürüst olmaq ən yaxşı seçimdir. 

Kişilər niyə aldadır? (2)

Aldadılmaq dünyanın sonu demək deyil. Bəlkə də siz tək olmaq üçün dünyaya gəlmisiniz, yorğan-döşəkdə özünüzü xarab etməyə ya da qazan-tava dağıtmağa ehtiyac yoxdur. Evlilik müşaviri Neuman təbii ki, evliliyi xilas etmək üçün bir sıra təkliflər verir. Artıq bugünkü günümüzdə bir münasibət yaşamağın daha da çətinləşdiyi və boşanmaların artdığını bilirik. Həqiqi sevgi və məhəbbət, inam üzərində bir də hörməti tapmaq olduqca çətindi. Gördüyünüzə inanırsınızsa, əlbəttə, onu qorumaq üçün əlinizdən gələni edin. Lazım gəlsə, bir mütəxəssisdən kömək alın. Bir güldan sınıb, neyləsəniz də, o güldan əvvəlki vəziyyətinə qayıda bilməz. Əlaqə saxlamaq üçün gec olmadan sahib çıxın ona.

19 dekabr 2014
GO BACK