Ərimlə evlənəndə bir-birimizi sevmişdik desəm yalan olardı . Sadəcə gördük, bəyəndik, evləndik.
Yanılmamışdım, yaxşı ailəcanlı insandı. O qədər varlı olmasaq da "Allahımıza min şükür" deyib dolanırdıq. Aradan illər keçdi .Biz də varlandıq.Hər şeyimiz oldu.
Artıq yoldaşım evə gec-gec gəlməyə başlamışdı. Heç nədən şübhələnmirdim. Soruşanda deyirdi ki, iş çoxdu.Məndə inanırdım. Bir gün yenə gec gəldi. Həmin gün mən onun başqa birisiylə olduğunu öyrəndim.
O gündən bütün dünyam alt-üst oldu. And-aman elədi, məni inandırmağa çalışdı ki, guya mən səhvəm. Elə həmin gün ev telefonumuza bir zəng gəldi. Zəng edən qadın onların çoxdan bir yerdə olduqlarını etiraf elədi. Yoldaşım isə yenə məni yalan danışmaqda suçladı, yenə heç nəyi boynuna almadı. Aradan 1 ildən çox vaxt keçdi. Niyəsə bilmirəm bir gün mənə " Daha onun yanına getməyəcəm, hər şey qurtardı!" dedi.
Doğrudur o hərşeyi qurtardı, mən isə olanları unuda bilmirəm. Biraz gec gələndə,bir telefon zəngi olanda elə bilirəm yenə aldadılıram.
Necə edim, necə unudum bilmirəm...
Əziz xanımlar bu mənim öz hadisəm olmadığı üçün etiraflara qoymadım.