Qadin.NET / Xəyanət siqnalları

Xəyanət siqnalları

Xəyanət siqnalları

İllərdir demək olar ki, bütün gününü televiziyanın qarşısında mürgüləyən adam, birdən-birə idman etməyə başladı... İş yığıncaqları daha da artdı... Diqqət ailənizdə təhlükə var!  

Ərim, ya arvadım məndən başqasına baxmaz deyirsinizsə, bir az daha diqqətli olmalısınız... Niyə? Çünki xəyanət edən həyat yoldaşın rəftarında dəyişikliklər olur. Hər zamankından daha fərqli davranmağa başlayır və xəyanət etdiyi ortaya çıxır. Aldadıldığınızı hiss etmənizə köməkçi olacaq bəzi nüanslar: 

Xəyanət siqnalları

* Bahalı alt paltarları alırsa: Sevgiliniz cazibədar alt paltarları almağa başlamışsa diqqət! Saçıyla, makiyajıyla daha çox maraqlanır, evdə baxımsız, çölə çıxarkən fərqli olursa, diqqətli olun.

 * Birdən idmana başlamışsa: Sevgiliniz yediklərinə diqqət etməyə, çoxlu idman etməyə başlamışsa, özünü başqa birinə bəyəndirmək arzusunda ola bilər. İdmandan evə gəlib duş qəbul etdikdən sonra çölə çıxırsa, bu bəzi şeylərin yolunda getmədiyinə işarədir.

* Ətirini dəyişdirmişsə: Ətirin dəyişməsi əhəmiyyətli bir işarədir. Sevgiliniz, köhnə ətirini atıb, başqa bir ətirə yönəlmişsə, radikal dəyişikliklər etmə ehtimalı yüksək deməkdir. 

* Cinsi əlaqədən qaçırsa: Etdiyiniz hər cür fiziki dəyişikliyə baxmayaraq, artıq sizinlə əvvəlki kimi birlikdə olmursa, sizinlə sekslə məşğul olmaq onun üçün həvəsli deyilsə, bu yaxşı işarə deyil. 

* Daha çox işləyirsə: İllərdir vaxtı dəyişməyən iş saatlarının birdən gecəyədək uzanması təhlükəli bir işarədir. Bitmək bilməyən iclaslar, gedilən iş yeməkləri, iş yoldaşlarından biriylə başlayan bir əlaqənin xəbərçisi ola bilər. 

* Tez-tez sizinlə dalaşırsa: Birlikdə olduğunuz adam heç bir səbəb olmadan sizinlə dalaşır, kobud davranırsa, diqqətli olmalısınız.

Xəyanət siqnalları

* Ailəyə qarşı soyuqsa: İllərdir sizin ailənizi öz ailəsi olaraq sayan həyat yoldaşınız sizin ailənizi daha az ziyarət edirsə, bir problem var deməkdir. 

* Ağ yalanları artmışsa: Qısa müddət içində sevgilinizin bir-birinin ardınca yalan söylədiyini ortaya çıxarırsınızsa, bu yaxşı işarə deyil.

 Xəyanət siqnalları 

* Əvvəllər ən kiçik addımınızı belə izləyən həyat yoldaşınız artıq yaşayıb-yaşamadığınızın belə fərqində deyilsə, vəziyyət dəhşətlidir, deməkdir. 

* Söhbətlərinizin mövzusu çox vaxt həyat yoldaşınızın qarşı cinsdən dostları (rəfiqələri)- dirsə buna da diqqət etməlisiniz.

9 fevral 2013
GO BACK