A tipi, B tipi və C tipinin xarakterik xüsusiyyətləri
A tipinə aid olan insanlar rəqabətcildir. Uyğunlaşma bacarıqları, uğur əldə etmək istəkləri aqressiv görünməklərinə səbəb olur. Adətən liderlik vəzifəsində olurlar. Passiv olmağı sevmirlər, bacardıqca zamanlarını doldurmağa çalışırlar. A şəxsiyyət tipinə aid olan insanlar iş həyatında uğur qazanmaq üçün daima mübarizə aparırlar. Sağlamlıq baxımından ürək, damar və yüksək təzyiq kimi problemlər yaşayırlar.
B şəxsiyyət tipinə aid olan insanlar, adətən sakit, rahatdırlar. Mənfi duyğulardan uzaq olmağa çalışırlar. Adətən, duyğusal nizama sahib olsa da, bir çox işi ertələyib, gecikərlər. Rəqabətdən, plan qurmaqdan və özlərini nəyəsə məcbur etməkdən xoşları gəlməz. Buna görə də, iş həyatında yüksəlmə problemləri olur. Məsuliyyət tələb işlərdə etibarlı deyillər.
C şəxsiyyət tipinə aid olanlar, əməkdaşlığa açıq, mükəmməliyyətçi və çalışqan olaraq xarakterizə edilirlər. Münaqişələrdən qaçıb, sakitlik axtarışdadılar. Onlara verilən tapşırıqları yerinə yetirməkdə bacarıqlıdırlar. Bu xüsusiyyətləri onların zəif yeridir. Rahat halda mənfi duyğularını ifadə etməzlər. Duyğusal olaraq qarşısını alma və inkar etmə kimi mexanizmaya sahibdirlər. Bu tipə aid olanlar daima streslə mübarizə aparırlar.