Qadin.NET / Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)

Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)

Bitərəf Tərəzilər

Nəzakət, anlayış, sülhsevər Tərəzilər, siyasətçidirlər. Adələtin tərəzisi olan Tərəzi, bitərəfliyi ilə hüquq təmsilçisi ola bilər. Xalqla münasibətlər, sosial işlər kimi bitərəflik tələb edən işlər onların ideal işidir. Vəkil də ola bilərlər. Həmişə gözəl məsləhətçidirlər. Bu barədə xüsusi istetdadları var.

 

Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)

 

 

Şübhəçi Əqrəblər

Güclü intuisiyaları, sirli işlərə olan maraqları ilə detektiv və ya arxeoloq ola bilərlər. Əqrəblər başqalarının həyatlarındakı sirləri tapmağı sevirlər. Güclü yaddaşları sayəsində bir çox sirri ortaya çıxara bilərlər. Yer altındakı dərin maraqları onları gözəl psixiatr edə bilər.

 

Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)

 

 

Azad ruhlu Oxatanlar

Oxatanlar ofis stollarında darıxar, qaydalardan bezərlər. Heç kimin əmri altında işləyə bilərlər. Reklamçılıq, ticarət onlara görədir. Eyni məkanda uzun müddət qala bilməzlər. Bu onların diqqətini azaldacaq və uğurlarını baltalayacaq. Buna görə də, kəşfə çıxmağa ehtiyacları var. Beynəlxalq əlaqəli, səyahətli işlər onlar üçün ideal seçimdir.

Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)

 

Nizamlı Oğlaqlar

Evim, ailəm, sevgilim, hətta özüm bir yana, işim, karyeram bir yana deyən, işkolik Oğlaq. İş həyatında qoyulan qaydalara tabe olan, sistematik Oğlaq idarəçi olarsa, heç kim işinə beş dəqiqə gecikməz. Adətən idarəçi olmaq onlar üçün məcburiyyətə çevrilir.

Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)

 

Müdrik Dolça

Yeni fikirlər, fərqli inanclar, qəribə düşüncələr Dolçaların maraq dairəsindədir. Texnologiya baxımından hər cür yeniliyə açıqdırlar. Özünəməxsus yenilik yaratmağı sevirlər. Öyrəndikləri hər yeniliyi cəmiyyətlə bölüşməyi, sosial insan olaraq elmi yaymağı sevirlər. Elm adamı ola bilər. Akademik kariyera, ixtiraçılıq, müəllimlik onların ideal sahələridir.

Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)

 

Sənətkar Balıqlar

Xəyal dünyaları olduqca genişdir. Cəmiyyətdə sənətkar ruhları ilə tanınırlar. Rəsm, fotoqraf sahələrində olduqca bacarıqlıdırlar. Balıqların mərhəmət hisləri güclüdür. Buna görə də, baytarlıq, xəstə baxıcısı işləri tam onlara görədir. Həmçinin, onlar gözəl psixoloq ola bilərlər.

Bürcünüzə görə hansı işdə işləməlisiniz? (2)

 

 

 

13 avqust 2018
GO BACK