Qadin.NET / Bürcünüzə görə hansı işdə işləməlisiniz?

Bürcünüzə görə hansı işdə işləməlisiniz?

 

Təşəbbüskar Qoçlar

Az vaxta çox iş görən, təşəbbüskar dedikdə ilk ağla gələn Qoçlardır. Başqalarından əmr alacağınız işlərdə ömür çürütməyin, öz işinizin müdiri olun. Bir qrupla hərəkət etmək, inanmadığınız işin məsuliyyətini götürmək, sizlər üçün qeyri-məhsuldar və kədərli həyatın qapılarını açar. Qoçlar üçün ideal işlər, start-up işləri, reklamçılıq, risk almağa yönələn, rəqabətcil işlərdir. Ən pis halda idman müəllimliyi sizin üçün ən yaxşı seçimdir.

 

Bürcünüzə görə hansı işdə işləməlisiniz?

 

 

 

Sistematik Buğalar

Sistematik, nizamlı və etibarlı Boğa, rahat olduğu, nəticəsini görə bildiyi vəzifələrdə, qərarlı addımlarla yüksəlmək istəyər. Mühəndislik, memarlıq kimi riyaziyat və diqqət istəyən, dizayn və dakorasiya kimi yaradıcılıq istəyən işlərdə uğurlu olarlar. Sənətə də istetdadları var, hobbisini qazanca çevirə bilər.

 

Bürcünüzə görə hansı işdə işləməlisiniz?

 

 

Səyahətçi Əkizlər

Sosial ətrafı olan, fərqli məkanlarda özünü asanlıqla ifadə edə bildiyi, yeni insanlarla tanış ola bildiyi işlərdə xoşbəxt olar. Həddindən artıq araşdırma və məsuliyyət tələb edən işlər onlar üçün deyil. Bələdçi, müxbir və satış işləri əkizlərə uyğundur. Müəllimlik də öyrənmə və öyrətmək istəklərini təmin edəcəkdir.

 

Bürcünüzə görə hansı işdə işləməlisiniz?

 

 

 

Empatiya ustası olan Xərçənglər

Empatiya bacarığı, həssaslığı ilə Xərçəng psixoloji məsləhətçi olmaq üçün ideal bürcdür. Əsəblərini idarə etməyi bacaran xərçəng, insanı rahatlatmağı və dərdinə dərman olmağı bacarır. Empatiyanın vacib olduğu işlərdə işləyə bilər. Sosial xidmətlər, müəllimlik, həkimlik kimi işlər onlara görədir.

 

Bürcünüzə görə hansı işdə işləməlisiniz?

 

 

 

İş yerinin kralı Şirlər

Özgüvənli, cəsur, özündən əmin və qorxusuz Şir, işlədiyi sahədə lider olmaq məcburiyyətindədir. Sözünə, fikrinə, şəxsiyyətinə qarşı hörmət gözləyər. Alqışı, tərifi sevən şir aktrisa, rejisor olur. Teatr səhnəsində baş rol onun olmalıdır. 

 

Bürcünüzə görə hansı işdə işləməlisiniz?

 

 

 

Detallara fikir verən Qızlar

Ona bir işi təslim edin və tətilə gedin. Hər detalı yoxlayacaq, işi lazım olandan daha çox görər. Bütün detalları düşünmək Qızın işidir. Tək işləməkdən sıxılmayan Qızlar, diqqət tələb edən işlərdə bacarıqlıdırlar. Tənqidə açıqdırlar. İncə, xırda və diqqət tələb edən işlər onlar üçün idealdır.

 

Bürcünüzə görə hansı işdə işləməlisiniz?

 

 

 

 

12 avqust 2018
GO BACK