Yeni tanış olduğunuz insanlar haqqında ilk düşüncələriniz
A- Tamamilə doğrudur. İnsanları yaxşı analiz edəcəyimə güvənirəm
B- Bəzən doğru, bəzən səhvdir
C- Çox vaxt yanılıram
İş yerində dostunuz qovuldu. Reaksiyanız necə olardı?
A- Təəccüblənməzdim. Belə olacağı məlum idi
B- Nəsə olacağı məlum idi. Amma bu qədərini gözləmirdim
C- Şok oldum. Ağlımın ucuna belə gəlməzdi.
Unutqan dostunuz yenə açarını itirdi
A- Həmişə qoyduğu yerə baxar, taparam
B- Birlikdə evi alt-üst edər, amma tapa biləcəyimə inanmarıq
C- Bu gecə bizdə qalmasını təklif edərəm.
Ən sonda hədiyyə aldığınız insanın reaksiyası necə oldu
A- "Tam ehtiyacım olan, necə bildin?"
B- "Zəhmət etmisən, lazım deyil"
C- " Çox gözəldir, təşəkkür edirəm"
Yuxularınız adətən necə olur?
A- Qısa və realdır
B- Çox vaxt qarmaşıq və sirlidir
C- Yuxularım açıqdır
Cavablarınızda A-lar çoxdursa, altıncı hissiniz çox güclüdür. Ekstrasens kimisiniz.
Cavablarınızda B-lər çoxdursa, təxminləriniz düz çıxır. Altıncı hissinizi gücləndirməlisiniz
Cavablarda C-lər çoxdursa, altıncı hissiniz elə də güclü deyil.