Sevdiyiniz biri varsa, onunla ailə qurmaq istəyirsinizsə, belə halda ciddi düşünməlisiniz, dəyərmi onunla ailə qurmağa? O, sizi xoşbəxt edə biləcək kişidirmi?
Nigahınız uğursuz olacaq, əgər:
1. Düşünürsənsə ki, o, nigahdan sonra dəyişəcək. Bu bütün gəlinlərin klassik səhvidir. Heç bir zaman potensiala görə ərə getmək lazım deyil. Hal-hazırda onunla xoşbəxt deyilsənsə, gələcəkdə də olmayacaqsan. Ona görə toyu planlaşdırmasan daha yaxşı olar.
2. Xasiyyəti unudub, sadəcə olaraq qarşılıqlı cazibənizə fikir verirsən. Təbii ki, cazibə qüvvəsi münasibətlərdə “ocaq” yaradıb aşiqolma kimi hisslər yaradır. Amma bu ocaq bir gün sönür və sən görürsən ki, qarşındakı kişinin xasiyyəti səni bezdirir və xoşuna gəlmir. Nigahdan öncə onun xasiyyətini yaxşıcana araşdır!
3. Əgər gələcək yoldaşın bilmir həqiqətən qadına xoşbəxtlik üçün nə lazımdır. Kişilər və qadınlarda fərqli emossional tələblər vardır. Qadının tələblərini çox zaman kişi hiss etmir. Qadının əsas tələb və istəyi – kişinin gözləri önündə özünü sevilən və yeganə qadın kimi hiss etməkdir, ən vacibi olmaq və lazımlı olmaqdır. Əgər kişi sənə lazımi qədər vaxt sərf edə bilmirsə, ondan yaman pis həyat yoldaşı alınacaq.
4. Həyat məqsədiniz müxtəlifir. Xasiyyət uyğunluğundan əlavə, ailə xoşbəxtliyi üçün həm də ümumi məqsəd və həyatda istəkdir. Əgər bu barədə siz çox fərqli insansızsa, evliliklə olan planları təxirə salın.
5. Bu insanın yanında özünü emossional olaraq sakit və rahat hiss etmirsən. Onun yanında olarkən gərək xoşbəxtlik və rahatlıq kimi hisslər keçirəsən. Əgər az da olsa ondan çəkinirsən, qorxursansa, ailəvi xoşbəxtlik olmayacaq səndə.
6. Ən əsası – ailə qurmaqla hansısa şəxsi problemləri həll etmək, depressiyadan qurtulmaq istəyirsən. Əgər özünü bədbəxt və tənha hiss edirsənsə, evilikdən sonra da bu hisslər yox olmayacaq. Toy – bütün emossional və və psixoloji problemlərin dərmanı deyil! Əksinə, o daha da problem üstünə problem gətirə bilər.
Hər bir qızın qarşısına bu məsləhətlər çıxmaz, şanslısan, bir daha yaxşıcana düşün!
Və sonda, bütün qızlarımıza düzgün seçim və ailə xoşbəxtliyi arzu edirəm!