Cavabınız həyata baxışınızı göstərə bilər, bu test sizin siyasi inanclarınız və şəxsiyyətiniz haqqında da bir çox şeyi aydınlaşdıra bilər. "Bəsit bir sual şəxsiyyətiniz və həyat haqqındakı baxış bucağınız ilə əlaqəli bir çox şey ortaya qoya bilir və doğru səviyyəsi də olduqca yüksəkdir." Araşdırmacılar, "Bu bir dairədirmi?" sualına verilən cavabın, siyasi mövqeyinin daha liberal və ya müzafizəkar olub olmadığını ortaya qoyduğunu müdafiə edir.
Şəxsiyyət və Sosial Psixologiya Dərgisində edilən bir araşdırmaya görə; suala "bəli" cavabı verənlər, siyasi baxımdan liberal və cəmiyyətdəki fərqli mədəniyyətlər və qrupları daha çox qəbul etməyə meyllidirlər. Bunun bir dairə olmadığını düşünənlər isə, siyasi baxımdan daha mühafizəkar olaraq xarakterizə edilir.
Bəs sizə görə aşağıdakı şəkil dairədirmi?
Cavabınız "Bəli, əlbəttə dairədir."?
Əgər belədirsə, onda siyasi olaraq liberalsınız. Evsizlər və işsizlər üçün hökümətin yardımı fikrini dəstəkləyirsiniz. Həmçinin, insanların həyat tərzinə müdaxilə edilməməsi fikrindən yanasınız. Betonlaşma əleyhdarı və təbii ərazilərin artırılması istiqamətində inkişaf edən bir rəftar içərisində deyilsiniz. Ölkənizə olan sevginizi, yaşayış ərazilərinin yaxşılaşdırılması yolu ilə göstərmək tərafdarısınız.
Cavabınız "Xeyr, əlbəttə dairə deyil."?
O zaman siz siyasi olaraq mühafizəkarsınız. Milli müdafiə etmə və güclü bir orduya sahib olmaq fikrinə qüvvətli dəstək verirsiniz. Yeri gələndə, ölkə inkişafının təbiət və ətrafdan daha əhəmiyyətli olduğunu düşünə bilərsiniz. Etnik fərqlilik göstərən əhali ilə bağlı narahatlılıq duyduğunuz mövzularda olacaq. Alkoqol istifadəsi mövzusunda məsafəlisiniz. Ölkənizə olan sevginizi ona hizmət edərək göstərmək tərəfdarısınız.
Dairə olub olmadığına qərar verə bilmirsiniz
Əgər bu şəkilin dairə olub olmadığına qərar verə bilmirsinizsə, siyasi olaraq mülayim və qərarsız bir nöqtədəsiniz. Bu əslində siyasət ilə o qədər də çox maraqlanmadığınız və tarazlıq xəttini mənimsədiyinizin göstəricisidir. Təbii mənbələrin qorunmasını düşünərkən, bir yandan da ölkə inkişafının lazım olduğunu düşünür, insanların həyat tərzinə qarışılmaması lazım olduğunu düşünərkən, bir yandan da həmcins cütlükləri bəyənməyə bilərsiniz.