Dünyada yaşayan insanlar pəncə formasına görə əsasən bir neçə tipə bölünür. Belə hesab olunur ki, pəncənin forması insanın xasiyyəti haqqında bəzi məlumatlar verir.
Pəncənin ən tez-tez təsadüf edilən formaları bunlardır:
1. Roma pəncəsi
Sadə, ünsiyyətli, mehriban və açıq insanlardır. İstənilən işi sona qədər çatdırır, işdə hər bir incəliyə fikir verirlər və bu səbəbdən tez-tez müvəffəqiyyət qazanırlar. Onlardan gözəl natiq və tacirlər çıxır.
2. Kvadrat pəncə
Həyatda hər şeydən çox nizam-intizam sevirlər, çox işgüzar və etibarlıdırlar. Hər hansı bir qərar verdikdən əvvəl çox fikirləşir və götür-qoy edir, həyatdan nə istədiyini çox yaxşı bilirlər.
3. Yunan pəncəsi
Bu pəncənin sahibləri ambisiyalı, yaradıcı, heç kimdən asılı olmağı xoşlamayan, inadlı insanlardır. Onlar hər zaman öz hədəfinə çatmaq üçün əlindən gələni edirlər. Deyirlər ki, belə pəncəyə aktyor və idmançılar arasında daha tez-tez təsadüf edilir.
4. Uzun pəncə
Bu insanlar qapalı olur, tək qalmağı xoşlayır. Bununla yanaşı onlara impulsivlik, əhvalın dəyişkənliyi kimi xüsusiyyətlər də xasdır.