Qadin.NET / Qan qrupuna görə XASİYYƏT

Qan qrupuna görə XASİYYƏT

Qan qrupuna görə XASİYYƏT

 

İnsanı daha yaxşı tanımaq üçün biz adətən onun hansı bürcə aid olduğu ilə maraqlanırıq.

Yaponiyada isə elə hesab olunur ki, insanın xasiyyətini onun qan qrupu ilə sıx bağlıdır. İşə qəbul etdikdə, dost axtardıqda, hətta ailə qurduqda insanın hansı qan qrupuna aid olması bu ölkədə mütləq nəzərə alınır.

1-ci qan qrupu (0) - "Ovçu"
Dünyada yaşayan insanların 40-50%-i məhz 1-ci qan qrupuna aiddir.
Bu qan qrupu ən qədim sayılır. Belə hesab olunur ki, əvvəl insanlarda yalnız bu qan qrupu olub, lakin daha sonra qan qruplarının sayı artıb.
Bu qan qrupuna aid olan insanlar möhkəm sağlamlığı ilə seçilir.
Xasiyyətə gəldikdə isə bu insanlar güclü, cəsarətli, özünə əmin və hətta təkəbbürlü olur. Onlar çox hərəkətli olur, daim tələsir, tez özündən çıxırlar. Onlar hakimlik etməyi xoşlayır, ətrafdakıları özünə tabe etməyə çalışır.
Qadınlar olduqca qısqancdır.

Qan qrupuna görə XASİYYƏT

2-ci qan qrupu (A) - "Əkinçi"
Bu qan qrupu insanların 30-40%-də təsadüf edilir.
Bu insanlar çox ünsiyyətli olur, istənilən vəziyyətə tez alışır. Bəzən çox tərs olurlar. Bu qan qrupuna aid olan insanlar tez inciyirlər, kinli olurlar.
Onlar çox utancaq olur. Bu qan qrupuna aid olan qadınlardan gözəl ana və həyat yoldaşları çıxır.
Kişilər romantiklərdir, daim ana qayğısını hiss etməyi xoşlayır və bu səbəbdən tez-tez özündən böyük qadınlarla evlənirlər.

3-cü qan qrupu (B) - "Köçəri"
Bu qan qrupu insanların 10-20%-də var.
Açıq və nikbin insanlardır. Onlar səyahətlər, yenilik xoşlayırlar, həyatında daim nə isə dəyişməyi çalışırlar. Heç kimdən asılı olmağı xoşlamırlar və bu səbəbdən kiçik də olsa şəxsi biznesini qurmağa çalışırlar.
Haqsızlıqa dözmürlər və haqsızlıqla daim mübarizə aparırlar.
Qadınlar çox ekstarvaqant olur. Kişilər əsl əsl donjuanlardır.

4-cü qan qrupu (AB) - "Sirr"
Bu ən cavan və sayca az olan qan qrupudur, insanların yalnız 5%-də təsadüf edilir
Bu insanların xasiyyəti çox yumşaq və mülayim olur, onlar heç zaman konfliktə getmirlər. Onlar qulaq asmağı və digər insanları anlamağı bacarırlar. Tez-tez özündən narazı və qərarsız olurlar.
Bu qan qrupuna aid olan olan kişi və qadınlar güclü seksual cəzibədarlığa malik olurlar.

3 avqust 2017
GO BACK