1. C formasında
C şəklində yəni ana qarında kimi qıvrılaraq yatmaq; duyğusal, həssas bir qəlbə sahib olduğunuzu göstərir. Bu cür insanlar ilk görüşlərində utancaq ola bilirlər, ancaq qısa zaman ərzində rahat ola bilirlər. Araşdırmalarda 1000 insandan 41% - nin bu formada yatdığı məlum olmuşdur. Eyni zamanda qadınların kişilərdən 2 qat daha çox bu pozada yatdığı məlum olmuşdur.
2. Əsgər formasında
Arxası üstdə yatmağın digər adı da əsgər yatışı olaraq adlandırılmışdır. Sağlamlıq baxımından xorlamağa səbəb olan bur forma xarekter baxımından dəyərləndirsək, bu pozada yatan insanlar daha səssiz, sakit, özünəqapanıq insanlardır. Bəzən özlərini digər insanlardan daha üstün görürlər. Hər zaman təmkinlidirlər və təhlükəli anlarda müdafiəyə keçməyə hazırdırlar.
3. Dəniz ulduzu forması
Digərlərinə görə daha dağınıq bir yuxu pozasıdır. Digər yuxu pozalarına görə bu formada yatan insanlar öz üzərində daha çox diqqət görmək istəməzlər. Yaxşı dost olmaqlarından əlavə, yaxşı sirdaş ola bilirlər. Etibarlıq bir xarekterə sahibdirlər. Bu pozada yatanlar yuxularını tam olaraq almaya bilirlər və xoruldaya bilirlər.
4. Üzü üstdə yatmaq
Bu formada yatan insanlar; kütlə və çoxluq halında yaşamağı sevirlər. Başqalarından çox özlərinə dəyər verirlər. Bundan əlavə əsəbi, tez qırılan insanlardırlar. Tənqidə məruz qalmağı sevmirlər.
5. Yaşlı forması
Hər iki qolunu qıvıraraq əllərini yastığın yanına və ya çiyin bərabərliyinə qoyan insanlar, təbii insanlardır. Şübhəçi, yaxşılığa şübhə ilə baxan xüsusiyyətlərə malikdirlər. Düşüncələri çətin və gec dəyişir. Bir qərar qəbul etdiklərində, bunu dəyişdirməkdən xoşları gəlmir.