Bəlkədə fərqində deyilsiniz, ancaq əl-ələ tutuşma münasibətiniz haqqına bir çox şeyi və necə bir cütlük olduğunuzu söyləyir. Maraqlanmağa başladınızsa, bu xəbəri oxumğa davam edin.
Ovucları birləşdirmə
Bir-birinizin əllərini bu şəkildə tutursunuzsa, münasibətiniz şəvqətə dayanır deməkdir. Ancaq bu vəziyyətdə ehtiraslı bir münasibətiniz olduğunu çoxda söyləyə bilmərik.
Bir-birinə keçmiş barmaqlar
Ovuc içlərinin bir-birinə dəyməsi və barmaqların bir-birinə keçirərək əl-ələ tutuşma, ehtiraslı bir münasibəti və bir-birinizə olan bağın qüvvətli olduğu mənasına gəlir. Ancaq bu şəkildə əl-ələ tutuşarkən cütlüklərin bir-birilərinin əllərini bərk tutması vacibdir. Tərəflərdən biri boş bir şəkildə tutursa sıxıntı var deməkdir.
Tək barmaq tutma
Bu şəkildə əl-ələ tutuşan cütlüklər azad cütlüklərdir. Bu cür cütlüklər bir-birilərinin mühitlərinə və məhrəmiyyətinə hörmət etməyi bilirlər.
Digər əl ilə dəstək vermə
Əl-ələ tutuşarkən digər əlinizi dəstək kimi istifadə edirsənizsə, bu iki tərəf arasındakı bağın çox ciddi olduğuna işarət edir. Ancaq bu vəziyyət hər zaman yaxşıya işarət deyildir. Eyni zamanda tərəflərdən birinin çox qısqanc və çox sahiblənici olduğu mıənasına gəlir.