Qadin.NET / Bicsən, ya ağıllı? (Test)

Bicsən, ya ağıllı? (Test)

 

Bu dəfə tam fərqli testlə qarşınızdayıq. Əminəm ki, özünüz nəticələri hesablayıb cavablarda öz xüsusiyyətinizi müəyyən edə biləcəksiniz. 

1. Həmsöhbətinə acı cavab verməkdən çəkinirsən ki,onun xətrinə dəyə bilərsən?( hə-0, yox-1)

2. Işə gecikəndə otağa səssiz girirsən ki,səni heç kim görməsin?( hə-1, yox-0)

3. Qorxub,risk etmədiyin işi dostunun etməsini xahiş edərsən?( hə-1,yox-0)

4. Oyunda məğlub olmağı bacarırsan?( hə-0, yox-1)

5. Zarafat etməyi bacarırsan?( hə-1, yox-0) 

6. Birinə elə yalan danışa bilərsən ki, o, bunun sayəsində açıb həqiqəti sənə söyləsin?( hə-1, yox-0)

7. Məktəbli ikən yoldaşından yoxlamanı köçürəndə o, bunu hiss edib?( hə-1, yox-0)

8. Istədiyini əldə etmək üçün mütləq bir yol axtarıb bir yol tapırsan?( hə-1, yox-0)

9. O qədər bic ola bilərsən ki,bunu heç kim hiss etməsin?(hə-1, yox-0)

Bicsən, ya ağıllı? (Test)

Cavablar:

3 baldan aşağı:

Sən hər şeyə inanan insansan. Səni aldatmaq və hövsələdən çıxartmaq çox asandır. Ona görə də hər zaman dostlarının gülüş obyektinə çevrilirsən.

3 baldan 6 bala qədər:

Sən çox ağıllısan. Səni heç kim aldada bilməz. Və eyni zamanda yalan danışmağı sevmirsən. Bu cür xasiyyət insanları sənə yaxınlaşdırır. 

Bicsən, ya ağıllı? (Test)

6 baldan yuxarı: 

Sən çox bicsən. Elə bir şey yoxdur ki, sənin nəzərindən qaçsın. İstədiyini əldə etmək üçün biclikdə hər yola əl atırsan. Lakin bu xasiyyət zamanla səni insanlara qarşı qeyri-səmimi edə bilər. Xasiyyətində bir az dəyişiklik etsən yaxşı olar.

24 iyun 2016
GO BACK