Qadin.NET / Yaddaş testi

Yaddaş testi

 

Yaddaş testi

 

Aşağıda gördüyünüz asan və tez həll edə biləcəyiniz testi Amerikada fəaliyyət göstərən, yaddaş problemləri ilə məşğul olan “Memory Assessment” klinikası tərtib etmişdir. Buyurun testdə iştirak edin.

Bu test yaddaşınızın normal funksiyalara sahib olub-olmadığı haqqında sizdə ümumi bir fikir formalaşdıracaq. Əgər yaddaşınızla əlaqədar bir problem yaşadığınızdan şübhələnirsinizsə mütləq həkiminizə müraciət etməlisiniz. Həkiminiz yaddaş probleminizin səbəbin araşdıraraq sizə uyğun müalicə variantlarını təklif edəcək.

Aşağıdakı alış-veriş siyahısını yalnız bir dəfə diqqətlə oxuyun. Ardından siyahıya bir dəfə də olsun baxmadan, xatırladığınız bütün maddələri başqa bir kağıza qeyd edin. Daha sonra neçə dənə maddə xatırladığınızı sayın.

Soğan

Ərik

Yumurta

Böyürtkən

Fındıq

 

Xərçəng

Qazlı su

Mayonez

Reyhan

Balqabaq

 

Mango

Makaron

Sosiska

Kek

Yulaf

 

Yaddaş testi



 

Qiymətləndirmə:

18-39 yaş arasındasınızsa 10 maddəni,

40-49 yaş arasındasınızsa 9 maddəni,

50-59 yaş arasındasınızsa 9 maddəni,

60-69 yaş arasındasınızsa 8 maddəni,

70 yaşdan da yuxarısınızsa 7 maddəni xatırlamağınız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərir.

İndi də yuxarıdakı siyahını hər 5 dəqiqədə bir təkrar oxuyun. 5 dəfə oxuduqdan sonra siyahıya baxmadan 30 saniyə gözləyin və siyahının içindəki maddələri xatırlamağa çalışın.

Qiymətləndirmə:

18-39 yaş arasındasınızsa 13 maddəni,

40-49 yaş arasındasınızsa 12 maddəni,

50-59 yaş arasındasınızsa 12 maddəni,

60-69 yaş arasındasınızsa 11maddeyi,

 

70 yaşdan da yuxarısınızsa 10 maddəni xatırlamağınız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərir.

5 mart 2016
GO BACK