Bəzən psixologiya ən gözələnilməz yerdə "gizli" qalır, məhz bu test cütlüklərin real münasibətini aşkar etmək üçün tərtib edilmişdir. Kim düşünə bilər ki, vərdiş etdiyimiz yatış forması cütlüyün bir-birinə münasibəti haqqında çox şey deyir. Maraqlıdır! O zaman başlayaq!
1. Stabil münasibəti əldə etmək sizə heç də asan başa gəlməyib. Yəqin ki, uzun uğursuz həyat təcrübəsindən sonra tərəflər düşünürlər ki, xoşbəxtlik artıq olmayacaq. Baxmayaraq ki, hər şey öz əllərindədir, hər iki tərəf onun itirmək qorxusu ilə yaşayır.
2. Bu forma spontan-gözləniləmədən olur. Onların üzləri müxtəlif istiqamətdədir, lakin onları güclü bağlar birləşdirir. Müxtəlif temperamentə və ehtirasa sahib cütlüklər belə yatırlar. Kişi aşağda və qadın yuxarda (və ya əksinə) o deməkdir ki, kişi tənhalığı sevir, qadın böyük kompaniyaları, lakin bu onların münasibətinə mane olmur.
3. Bu pozada yatan cütlüklər bir-birlərinə aşiqdirlər. Lakin oların həyata baxışı müxtəlifdir, ona görə də onların gələcəyi ilə bağlı dəqiq bir söz demək olmur. Əgər evli cütlər bu formada yatırlarsa, bu o deməkdir ki, onlar ətrafdakılardan özlərini qoruyurlar.
4. Bu formada yatan cütlüklər, artıq ittifaq bağlamışlar, lakin onlara hec də asan olmayıb. Hər biri özünə azadlıq və şəxsi məkanını özü üçün saxlasalar da, qarşı tərəfin hisslərinə hörmətlə yanaşırlar. Çoxu səhvləri bağışlayır, bəziləri də ailəni qorumaqdan ötrü susmağa üstünlük verir.
5. Bu əlaqənin əsasını ehtiras təşkil edir. Cütlükləri ümumi məqsəd və maraq birləşdirir (başları bir istiqamətdə olur). Tərəflər arasında intelektual uyğunluq və qarşılıqlı hörmət hissi var. Əlaqə sevgi və xoşbəxtlik, həm də ümumi iş planlarında da uğurlar vəd edir.
6. Əgər bu formada yatırsınızsa, çox güman ki, bunun səbəbi ya səhərki mübahisəniz ya da uzun müddət baş verən bir-birinizi başa düşə bilməməyinizdir. Hər iki tərəf sanki buz parçasıdır, isti məhəbbət onların rahatlığını poza bilər.
7. Bu cür yatan cütləri günlərinin çox hissəsini bir-birindən ayrı keçirsələr də, onları güclü bağlar birləşdirir. Qadın 10 saat işləyə, kişi isə gec vaxtlara kimi dostları ilə əylənsə də, tərəflər bir-birlərini olduğu kimi qəbul edirlər, ona görə də münasibətləri daimi olur.
8. Eyni temperamentli və bir- birlərinə aşiq cütlüklər çox zaman bu formada yatırlar. Onlar həm görünüşcə, həm də bədən ölçülərinə görə bir-birlərinin tamamlayırlar. Onların arxası üstə yatmaları bir-birlərinə olan güvənin işarəsidir, lakin bu zaman fiziki əlaqə də mütləq olmalıdır.
9. Bu cür cütlüklər azadlığı sevirlər. Onlar yaxınlıqdan ehtiyat edirlər, lakin onlara qorxularının dəf etməyə dəstək lazımdır. Bu cür insanlar partniyorlarına bağlanmaqdan və onunla bir tam olmaqdan qorxurlar.
10. Yuxu zamanı bu forma seçilibsə, bu o deməkdir ki, belə cütlüklər bir yerdə yaşamağa hazırdırlar və bu zaman bir-birlərinin sinirlərinə toxunmurlar. Hər kəs, tam hüquqa sahibdir və hər ikisi bir-birinin çatışmayan tərəflərini olduğu kimi qəbul edirlər.