Qrafologiya (yazı elmi) Avropa və Amerikada tez-tez müraciət edilən elm sahəsidir. Kəşfiyyat təşkilatları hadisələri aydınlaşdırmaq, böyük şirkətlər işçi qəbulunda məqsədəuyğun qərar vermək, müəllimlər şagirdlərini (tələbələrini) daha yaxşı tanıya bilmək üçün imza və yazıdan xarakter təhlili etməyə tez- tez müraciət edirlər.
İmzadan xarakter oxuma elminin təməlləri:
- İmza uzun olarsa, həmin adam səbrlidir.
- İmza qısadırsa məntiqindən yaxşı istifadə edir.
- İmza iti xəttlərə ehtiva edirsə, iti fikirli, zarafatcıl, iti məntiqli və dilini qılınc kimi istifadə edən, dilindən bəlaya düşəcək insandır.
- İmza düzgündürsə, insan düzgün xarakterli, etibarlı, dürüst əxlaqlı, uyğunlaşandır.
- İmzada yuvarlaqlıq vardırsa, o adamda lider olma xüsusiyyəti vardır.
- İmzada üç nöqtə vardırsa, düzgün nişançı, ovçuluq bacarıqlı və hazırcavabdır.
- İmzada geriyə çevirmələr vardırsa, hafizəsi qüvvətli insandır.
- İmzada bədii cizgilər vardırsa, incəsənətə daha yaxın insandır.
- İmza qısa və ötəridirsə, insan heç nəyə əhəmiyyət vermir.
- İmzanın əvvəli böyük hərflə və gözəgəlimli başlayırsa, özünə güvənən, əvvəldə özünü yaxşı, cəlbedici tanıdandır.
- İmzanın əvvəli, ortası və sonu böyükdürsə, əvvəldə, ortada və sonda özünü gözəl təqdim edən və yaxşı iş təqibi olan biridir.
- İmzanın sonu böyük hərflə bitirsə, başladığı işləri demək ki, yaxşı bitirir.
- İmzanın baş hərfindən sonra gələn qismi incədirsə, incə xarakterli və həssas, qalındırsa, əksinə həmin insan kobuddur.
- İmzanın sonunda irəli və ya yuxarı doğru gedən bir xətt vardırsa, həmin insanın hədəfi böyükdür. Aşağıya doğru xətt vardırsa, özünə qapalı, bədbindir.
- İmza sağa əyilibsə, insan sosial, diplomat; geriyə əyilibsə, anti-sosialdir.
- İmzada 3-4 fərqli xarakter vardırsa, teatra uyğun insandır.
Bəzi görkəmli şəxsiyyətlərin imzalarına nəzər salaq.
Bill Geyts
Dürüst, az inciyən , sosial biridir. Ədalətli, məntiqli və incəsənətə meyillidir.
Adolf Hitler
Tam bir diktator imzası, diktatoluq hökm sürmədən öncə ədalətli biri olaraq görünür.
Bethoven
İncəsənətdə çox bacarıqlı olduğu imzada aydın şəkildə görünür. Musiqilərinin əvvəlində, ortasında müvəffəqiyyətli amma sonuna doğru müvəffəqiyyəti azalır.
Albert Eynşteyn
Çox səbrli və hədəfi böyük olan biri, imzanın soldan-sağa yüksəlməsi və t-hərfinin üstünün irəli həddən çox uzadılması bu insanın çox səbrli olmasını göstərir. İncə ruhlu, özünə güvəni yaxşı olan biridir.
Pikasso
Pikassonun imzasında p və ss hərflərindən yaxşı bir sənətçi olduğu aşkar görünür. Adı ilə yazdığı üçün dürüst bir insandır. Əhvalı yaxşı və hədəfi böyük olan zaman aşağıdan yuxarı doğru imza atar. Əhvalı pis olan zaman üfüqi imza atar. Özünə güvənən və özünə dəyər verən olduğu üçün imzasının altına xətt çəkərdi.
Puşkin
Sadəcə p hərfinə baxanlar onun sənət cəlb ediciliyini anlarlar. Dünya tarixində gəlmiş-keçmiş nadir sənətçi ruhlu insanlardan biridir.