Qadin.NET / İradəliliyin qiymətləndirilməsi

İradəliliyin qiymətləndirilməsi

İradəliliyin qiymətləndirilməsi

Əziz Qadın.Netlilər, bu dəfə sizə çox maraqlı bir test təqdim edirik. Gəlin, hər birimiz nə qədər iradəli olduğumuzu öyrənək. Buna görə sizin üçün müəyyən suallar təqdim edilib və testə dair təlimat da verilir. Əvvəlcə təlimatı oxuyun, sonra suallara cavab verərək ballarınızı hesablayın. Balınızın cəmini şərhlərdə qeyd edin ki, hər birinizə aid olan cavabı şərhlərdə paylaşaq. Bir müddətdən sonra isə cavablar xəbərin özünə yerləşdiriləcəkdir. Onu da qeyd edim ki, metodikanı N.N.Obozov hazırlayıb. Ona görə də bu test demək olar ki 98 faiz doğrudur. 

Təlimat: Cavabların qiymətləndirilməsi aşağıdakı kimidir: “bəli” – 2 bal, “bilmirəm” və ya ”ola bilər”, “bəzən olur” – 1 bal, “xeyr” – 0 bal. Cavab verərkən balları dərhal qoymaq lazımdır. 

İradəliliyin qiymətləndirilməsi

Suallar

1. Başladığınız işin sizə maraqsız olduğu halda, buna baxmayaraq, sizin ondan ayrılaraq istirahət etmək və yenidən işə davam etməyə vaxtınız varsa, onu bitirmək iqtidarında olursunuzmu?

2. Sizə xoş olmayan hər hansı bir işi (məsələn, bazar günü növbəyə getmək) etmək istəmədiyiniz halda daxili müqavimətinizə asanlıqla qalib gələrək onu edə bilirsinizmi?

3. Məktəbdə və ya digər bir yerdə münaqişəli bir vəziyyətə düşərkən, siz özünüzü ələ alaraq maksimal dərəcədə obyektiv qərar qəbul edə bilirsinizmi?

4. Əgər siz pəhriz saxlayırsınızsa və qarşınızda ən xoşladığınız yeməklər varsa, onları yeməyə bilərsinizmi?

5. Lazım gələrsə, səhər tezdən adət etdiyiniz vaxtdan daha tez qalxa bilərsinizmi?

6. Qəza yerində qalaraq şahidlik etmək istəyərsinizmi?

7. Məktublara tezmi cavab verirsiniz?

8. Əgər siz nəyisə etməkdən qorxursunuzsa, (məsələn, təyyarədə uçmaq və ya diş həkiminə getmək) öz daxili hissinizə qalib gələrək onu etməyi və son anda qərarınızı dəyişməməyi bacarırsınızmı?

9. Həkimin sizə təyin etdiyi xoşagəlməz dərmanı qəbul edirsinizmi?

10. Əgər söz verdiyiniz işi yerinə yetirməniz çətindirsə və çoxlu problemlər yaradırsa, siz onu nəyin bahasına olursa‐olsun həll edirsinizmi?

11. Tanımadığınız şəhərə, əgər sizə lazımdırsa, tərəddüdsüz gedirsinizmi?

12. Günlük planınıza ciddi riayət edə bilirsinizmi?

13. Kitabxanaya kitab borclu olanlara münasibətiniz mənfidirmi?

14. Ən xoşladığınız veriliş belə, sizi vacib və mühüm işinizi təxirə salmağa məcbur edə bilməz. Doğrudurmu?

15. Siz münaqişə zamanı qarşıdakının sizə dediyi təhqiredici sözlərə belə baxmayaraq, mübahisə etməyi dayandırıb susa bilirsinizmi?

14 avqust 2014
GO BACK