Qadin.NET / Xoşbəxt evliliyin 11 Sirri

Xoşbəxt evliliyin 11 Sirri

Boşanma saylarının sürətlə artdığı indiki vaxtda, evliliklərində xoşbəxtliyi tutanlar da var. Böyük bir eşqlə evlənib 2 ay sonra ayrılanlar, artıq bizi çaşdırmır. Əsl bizi, evliliklərinin 50 - ci ilini qeyd edən və bu qədər zamana baxmayaraq hələ bir-birlərini sevən cütlükləri görmək çaşdırır. Bəli, bunun bir sirri olmalı… Bəs ömür boyu xoşbəxt evliliyin sirri nədir? Əgər xoşbəxt və uzun bir evlilik istəyirsinizsə, bu 11 qızıl qaydanı mütləq tətbiq edin.

Eyni anda əsəb olmaz!
Cütlərin arasında bəzi anlaşılmazlıqlar ola bilər. Ancaq əhəmiyyətli olan, tərəflərin eyni zamanlarda çox əsəbi hərəkət etməmələridir. Əgər yoldaşınız əsəbidirsə siz altdan alın. Haqlı olsanız belə mühitin sakitləşməsini gözləyin. Həm beləcə istədiklərinizi etdirmə şansınız da artacaq. Unutmayın ki "Şirin dil ilanı belə dəliyindən çıxardar" deyə boş yerə söyləməmişlər…
Bir-birinizə qışqırmayın!
Bir mübahisə əsnasında o səsini yüksəltdi deyə siz də əsla qışqırmağa başlamayın. Qışqırmaq heç bir şeyi həll etməyəcək. Heç bir halda, yoldaşınıza qarşı səsinizi yüksəltməyin. Unutmayın ki, sevgidən əvvəl aranızdakı hörməti qoruya bilsəniz, uzun illər sürən xoşbəxt bir evliliyiniz olar.
Yumşaq tənqid.
Təbii ki yoldaşınızın bəzi hərəkətlərini bəyənməyə bilərsiniz. Bu mövzudakı düşüncələrinizi dilə gətirməkdə də azadsınız. Ancaq əhəmiyyətli olan, bunu necə etdiyinizdir… "Bu hərəkətindən nifrət edirəm" yerinə, "Həyatım məncə belə davranmaq sənə heç yaraşmır" deyə bilərsiniz.
İqtidar döyüşü.
Əgər mübahisə mütləq birinin qazanması lazımdırsa, buraxın yoldaşınız qazansın. Sevginin bir iqtidar döyüşü olmadığını bilərək hərəkət edin. Üstəlik evlilik bu vəziyyəti daha da həssaslaşdırar. Axı evlilikdə mübahisənin kimin qazandığı ya da itirdiyi nə qədər əhəmiyyətlidir ki sizin üçün?
Keçmişi buraxın.
Heç bir zaman keçmişdə edilən səhvləri yoldaşınıza xatırlatmayın. Bir mübahisədə, birdən-birə mövzuyla əlaqədar ya da əlaqəsiz, yoldaşınızın köhnədən etdiyi bir səhvi gündəmə gətirməyin.
Laqeyd yanaşmayın.
Bir-birinizdən fərqli həyatlarınız ola bilər, yoldaşınız futbola gedərkən siz də köhnə qız yoldaşlarınızla çölə çıxa bilərsiniz. Amma bir plan edərkən yoldaşınızın fikirini soruşmursuzsa, səhv yoldasınız. Yoldaşınızı hər şeydən başda tutmalısınız.
Yatağa küs girməyin.
Şiddətli bir dalaşmış olsanız da yataq otağınıza, daha doğrusu yatağa əsla incik girməyin. Yatmadan əvvəl mütləq bütün problemlərinizi həll edin. Yataq otağınız, sizin üçün xüsusi bir dünyadır. O otağa problemlərinizi daşımayın.

 İltifat əhəmiyyətlidir.
Gün içində heç olmasa bir dəfə həyat yoldaşınıza gözəl bir söz söyləyin. Dünyadakı bir çox adamın onu cazibədar görməsi bir tərəfə, onun üçün əsl əhəmiyyətli olan sizin nə düşündüyünüzdür.
Üzr istəməyi bilin.
Əgər səhv bir şey etdinizsə, bunu etiraf edin və üzr istəyin. Ancaq təbii ki bunu vərdiş halına gətirməyin. "Necəsə üzr istəyirəm, mövzu bağlanır" deyə düşünməyin.

Səbirli olun.

Əgər bir probleminiz və ya mübahisəli bir mövzunuz varsa yoldaşınız evə gəlir-gəlməz başlamayın, imkan verin yoldaşınız rahatlansın, paltarların dəyişsin, çörəyini yesin, çay süfrəsində məsələni aça bilərsiz. Həm də yadda saxlayın ki, "Ac kişi əsəbi olur".

Bir mübahisə üçün iki adam lazım olduğunu unutmayın. Bir düşünün mübahisələriniz niyə çıxır? Görəsən yalnız qarşı tərəfi günahlandırmaq nə qədər doğrudur? Sizin heçmi payınız yoxdur bu mübahisələrdə? Əlbəttə ki vardır. İstəsəniz işə ilk olaraq bunu etiraf etməklə başlayın. Özünüzü tənqid etməkdən qorxmayın!

14 fevral 2011
GO BACK