Əziz Qadin.Netlilər! Bu dəfə də sizlərə cəmi on sual təqdim edirəm. Lakin qaydaya əsasən, onu da qeyd etməliyəm ki, “Kim? Harada? Necə?” xəbəri bir yarışmadır. 3 hissə və finaldan ibarət olacaq. Müsabiqənin ilk hissəsinin qalibi (Agat_♥) və ikinci hissənin qalibi (Agats_fan) üçüncü hissədə iştirak edə bilməz. Hər 3 hissənin qalibi finalda mübarizə aparacaqlar.
Sual 1. Gördüyünüz şəkil sadəcə bir reklamdır. Konkret olaraq nə reklam olunur və həmin reklam nəyə işarə edir?
Sual 2. Müəllif romanlarından birində onu təsvir edərkən parlaq göy qurşağını xatırlayır və ağlayan söyüd ağacına bənzədir. Müəllifin adı nədir və söhbət nədən gedir?
Sual-3. Eyfel qülləsi-57, 115 və 276. Bu rəqəmlər 3 platformasının yerdən olan hündürlüyünü göstərir. Bəs 1792 rəqəmi nəyi göstərir?
Sual 4. Qarşınızdakı şəkildə müəyyən bir ölkə təsvir edilib. Kənarda gördüyünüz çəhrayı rəngli vilayətin və ölkənin adını qeyd edin.
Sual 5. Amerika Birləşmiş Ştatlarında qumar oyunları cəmi 2 ştatda tamamilə ləğv edilib. Onlar hansı ştatlardır?
Sual 6. XVIII əsrin sonu kiçik alman şəhərinə bir xəbər yayıldı. Həmin xəbərdən sonra 4 həftə hər gün 12 saat ara vermədən zənglər çalındı. O hansı xəbər idi və söhbət hansı alman şəhərindən gedir?
Sual 7. Qarşınızdakı şəkil XIX əsrin ortalarında Yaponiyada çəkilmiş bir afişadır. Afişa insanları nəyə “səsləyir”?
Sual 8. 70-ci illərdə ovlardan birində öz gələcək həyat yoldaşı ilə tanış olmuşdu. Düz 20 il sonra isə özü “ovun” qurbanı oldu. Söhbət kimdən gedir?
Sual 9. 60 yaşlı yumorist Luis Blek deyir: "Bunu etmək heç də göründüyü kimi asan deyil. Sanki emfizem testindən keçmək kimidir." Luis nəyi etməkdən bəhs edir?
Sual 10. Çində gözəl qoxusu və istiliyi özündə saxlamaq cəhəti ilə seçilən .... vasitəsi ilə imperatriçanın mənzilinin divarlarına çəkirdilər. Hətta Çində rezin ondan 3 dəfə çox idi. O nədir?
Sual 11. 1957-ci ildə Çində təşkil olunmuş ziyafət məclisində bir nəfər badə qaldırır: "Amerikanın dahi şairi Pablo Nerudanın və Asiyanın dahi şairi.... şərəfinə" deyir. O Asiyanın dahi şairi kimdir və o tarixə kimi həmin şairin neçə şeri çap edilmişdi?