Sual 1. Gördüyünüz rəsm əsəri kimindir və sinəsində təsvir edilmiş qoç hansı mənanı daşıyır?
Sual 2. Həmin kişi 1938-ci il iyun ayında “doğulub”. İllər keçdikcə onun kimi gənc oğlan, qadın və hətta it də oldu. Fransada Heraklın müasiri kimi tanındı. O qəhrəman kimdir?
Sual 3. 1850-ci ildə şair və dramaturq Franz Grillparzer “Tərcümeyi-hal” kitabını yazır. Lakin 1822-ci ildə artıq məşhur olan Franz Grillparzer bir qədər az həcmli “Tərcümeyi-hal” kitabını yazmışdı. Deyilənə görə bunu ondan .... xahiş etmişdi. Həmin şəxsi tapın.
Sual 4. Əfsanəyə görə Likas və Eqle bir müddətlik ayrılmalı olurlar. Eqle Likasın onu unudacağını düşünüb çox qorxur və ağlayır. Torpağa düşən hər göz yaşı mavi çiçəyə çevrilir. Hansı ki, Eqle həmin çiçəkləri Likasa verir. Söhbət hansı çiçəkdən gedir?
Sual 5. Meksikalı ornitoloq Miqel del Toro elmə yeni quş haqqında məlumat verdi. Həmin quşun adını “kenquru quşu” qoydu. Miqel del Toro niyə bu adı seçdi və həmin quşun əslində adı nədir?
Sual 6. Tədqiqatçıların dediyinə görə, Viktor Hüqo öz məşhur əsərlərini qəlyanaltı etdiyi zaman yazırmış. Bu yolla ərsəyə gəlmiş əsərlərindən birinə misal olaraq XX əsrin sonunda qələmə aldığı romanı göstərirlər. Tədqiqatçıların dediyinə görə, Hüqo həmin romanın adındakı son sözü “kofe” ilə əvəz etmişdi. Romanın adı nədir?
Sual 7. Gördüyünüz bu iki rəsm əsərinin müəllifi Valantena de Bulonya və Edvard Munkdur. Hər iki əsərin adlarındakı ilk iki söz eynidir. O hansı sözlərdir?
Sual 8. Müəlliflər əvvəlcə qəhrəmanın adını yunan dilində yazmaq istəyirdilər. Lakin daha sonra “u” hərfini “a” hərfi ilə dəyişdilər və xəyali qəhrəmanın 32 cildlik macərasını 32 aya yazıb tamamladılar. Bu xəyali qəhramanı canlandıran aktyorların içində Jan Mare də var. Söhbət hansı xəyali qəhrəmandan gedir?
Sual 9. Vətən - bir qadının göz yaşı, qanı, zərifliyi ilə qəlbindən doğulmuş “övlad”-dır. Söhbət hansı ölkədən və hansı qadından gedir?
Sual 10. O hər kəsdən fərqlənirdi. Ölümündən uzun illər keçməsinə baxmayaraq, kiçikdən böyüyə qədər hər kəs onun adını bilir. Bütün dünyada kimya kabinetlərində və elmi laboratoriyalarında onun şəkli asılıb. Kimyadan 3 alan həmin məşhur kimdir?