Qadin.NET / Baxarkən nə görürsən? (Test)

Baxarkən nə görürsən? (Test)

Bir çox insan hadisələrə fərqli tərzdə yanaşırlar. Bəziləri masadakı içində su olan stəkanın yarısını boş görür, bəziləri isə onun yarısını dolu görür. Bəzi insanlar xırdaçıdır, hər hansı bir şeyə baxarkən onu ən kiçik xırdalıqlarına qədər yadında saxlayar və bu, ondan asılı olmadan hər zaman belə olur. Bəziləri isə baxar, amma görməz, görər, amma dərk etməz. Sadəcə, qarşısındakını görər və onun mənasını dərk etməz. Bəs siz bunlardan hansısısınız? Ətrafınızdakı hadisələrə, insanlara, əşyalara qarşı nə dərəcədə diqqətlisiniz? Gəlin, bunu öyrənək.

Şəklə diqqətlə baxın və ilk gördüyünüz şəklin adını şərhlərdə yazın. Bu şəkildə ilk olaraq qırmızı boya çəkmiş qızı, xoruzu, yoxsa böyük burunlu kişini gördünüz? Hansını ilk olaraq gördünüzsə onu şərhlərdə yazın. Unutmayın ki yalnız birini yazmalısınız. Çünki baxarkən ən birinci yalnız biri görünür. Ona görə də ilk gördüyünüzü yazın və elə şərhlərdə də cavabınızı gözləyin. Bir müddətdən sonra isə cavablar elə xəbərin özünə yerləşdiriləcəkdir.

Baxarkən nə görürsən? (Test)

Onu da qeyd edim ki, cavablar ilk 15 şərhdən sonra açıqlanacaqdır. Buyurun, şərhlərinizi yazın.  smile

 

Cavablar:

Qırmızı boya çəkmiş qız: Əgər siz ilk olaraq qızı gördünüzsə, demək siz hər zaman lazım olanı görürsünüz. Sizin diqqətinizi yalnız əsas mövzu çəkir. Xırdalıqlara isə fikir vermirsiniz.

Xoruz: Əgər siz ilk olaraq xoruzu gördünüzsə, demək siz çox diqqətcilsiniz və ilk olaraq məsələnin incəliklərinə varırsınız.

Böyük burunlu kişi (bunun üçün şəklə yuxarıdan aşağı baxın): Əgər siz ilk olaraq kişini gördünüzsə, bu o deməkdir ki, siz hadisələrə hər kəsdən fərqli olan bir tərzdə baxırsınız. 

23 mart 2016
GO BACK