Qadin.NET / Diqqət testi (2)

Diqqət testi (2)

Diqqət hər zaman önəmli olub. Hər hansı bir əşyaya və ya şəklə baxarkən məhz diqqətimizi ilk çəkən nədirsə onunla maraqlanırıq. Bu dəfə də sizin diqqətinizi çəkən ilk işarə və ya şəkildən bəhs edək. Daha doğrusu, test edəcəyik.  Əlavə suala və həyəcana gərək qalmadan birbaş şəklə baxın. Ötən test xəbərimdə dediyim kimi bir daha qeyd edirəm: əgər diqqətinizi çəkən ilk şəklin nə olduğunu müəyyən etmək istəyirsinizsə, şəkilə əvvəlcə yuxarıdan aşağıya, daha sonra aşağıdan yuxarıya doğru baxın. İnanın ki, məhz bir şəkil sizin  göz önünüzdə dayanacaq.

Diqqət testi (2)

Həmin şəklin adını şərhdə qeyd edin. Cavablar 98% faiz düzdür. 

Cavablar:

Çaplin: Siz çox istedadlı insansınız. İstənilən vəziyyətdən məharətlə çıxmağı bacarırsnız. Siz doğru olan yolu seçə bilirsiniz. Çoxları hesab edir ki, sizin həyatınız başdan-başa ssenaridir və siz bu “filmin” baş qəhramanısınız.

Ayaqqabı: Sizin gözəl geyim tərziniz var. Yeni tanış olduğunuz insanlarda ilk olaraq geyimlərinə və geyimlərində uyğunluqlara diqqət edirsiniz.

Çəngəl: Sizin qeyri-adi və həssas zövqünüz var. Sizi asanlıqla, daha doğrusu, əminliklə qurman adlandırmaq olar. Ən vacibi odur ki, öz zövqünüzü dəyərsiz "reseplərlə" korlamayın.

Vermişel: Ruhunuz italyan ruhudur. Xırdaçıl, həssas və zərifsiniz. Dünyaya günəş eynəkləri altından baxmağa üstünlük verirsiniz.

13 iyun 2014
GO BACK