Qadin.NET / Diqqət testi

Diqqət testi

Bu gün növbəti diqqət testini paylaşırıq. Diqqət insanın həyatında çox böyük rol oynayır. İnsan beyninin inkişafı onun diqqətindən də asılıdır. İnsanlar və ya hadisələr barədə ilk düşüncələrimiz çox vaxt səhv ola bilir. Bu şəkil də sizdəki həmin ilk təəssüratı və diqqəti yoxlamaq üçündür. Şəklə xüsusi bir diqqətlə baxmağa ehtiyac yoxdur. Şəklə elə ilk dəfə baxarkən orada ən birinci nə görübsünüzsə, bizə lazım olan da elə odur. 

Diqqət testi

Əziz istifadəçilərimiz, şəklə baxarkən ən birinci nə gördünüz? Tutuquşunu, palma ağacını, yoxsa insan əlini? Gördüyünüz ilk şəkli bizə şərhlərdə yazın. Mən isə onun açıqlamasını sizin yazdığınız cavaba uyğun olraq şərhlərdə hər birinizə ayrı-ayrılıqda açıqlayacağam. Bir müddətdən sonra isə cavablar elə xəbərin özünə yerləşdiriləcəkdir.

Cavablar:

Əl: Siz liderliyi sevirsiniz. Sizin üçün əsas olan odur ki, hər şeyi əlinizdə cəmləyə biləsiniz və hər şeyi nəzarət altında saxlayasınız. Siz anadangəlmə idarəçisiniz. Sizin nəzarətiniz altındaykən bütün işlər öz qaydasında gedir. 

Tutuquşu: Xoşbəxtlik və sevinc simvoludur. Siz asanlıqla yanila bilirsiniz. Sizin qəlbiniz ətrafa rəngarənglik saçır və ətrafınızdakılar sizin bu cür nikbin olmağınıza heyrandır.

Palma ağacı: Siz tətil barədə düşünürsünüz, siz uzaqlara getmək və bütün günü sahildə gəzərək dincəlmək istəyirsiniz. Siz yay adamısınız. Sizin üçün Günəş, istilik, işıq, yaşıl dünya və ən əsası da şadlıq hər şey deməkdir. 

5 iyun 2014
GO BACK