İndi isə sınağımızın ikinci hissəsinə keçək.
1. N.Gəncəvinin hansı əsərini bəzən “Xirədnamə” də adlandırırlar?
A) “Sirlər xəzinəsi” C) “Şərəfnamə” E) “Dəhnamə”
B) “İqbalnamə” D) “Yeddi gözəl”
2. “Dədə Qorqud” eposunda kim “Amit soyunun aslanı, Qaraçuğun qaplanı, qonur atın yiyəsi, Qalın oğuzun dövləti, qalmış yigit arxası” kimi təqdim olunur?
A) Bayandır xan C) Qaraca Çoban E) Salur Qazan
B) Xan Uruz D) Dəli Domrul
3. Bayatı haqqında verilənlərdən biri səhvdir.
A) Hər misrasında yeddi heca olur.
B) Onun misraları AABA çəklində qafiyələnir.
C) Bayatıların çoxunda əsas fikir axırıncı iki misrada söylənilir.
D) Nəğmələrin və mahnıların bir çox nümunələri şəkil etibarilə bayatıdır.
E) Həcmcə çox yığcam olan bayatılar məzmunca da çox yığcamdır.
4. N.Gəncəvi “Yeddi gözəl” poemasını neçənci ildə yazıb?
A) 1181 B) 1188 C) 1191 D) 1200 E) 1197
5. “Dədə Qorqud” eposunda kim döyüş günü “öndən təpir, düşmən məğlub olanda qaçanı qovmur, aman diləyəni öldürmür” ?
A) Xan Uruz C) Aruz E) Dəli Domrul
B) Bayandır xan D) Salur Qazan
6. N.Gəncəvinin hansı əsərində bir türk qızı İran Sasani hökmdarına “dərs” verir, onun bir insan kimi kamilləşməsinə təsir göstərir və bu obraz hansıdır?
A) “Yeddi gözəl” poemasındakı Fitnə
B) “Xosrov və Şirin” poemasındakı Şəkər
C) “İsgəndərnamə” poemasındakı Nüşabə
D) “Xosrov və Şirin” poemasındakı Şirin
E) “Xosrov və Şirin” poemasındakı Məhin Banu
7. Aşağıdakı bəndlərdən hansı qədim dövr Azərbaycan ədəbiyyatına aid deyil?
A) Azərbaycan ədəbiyyatının əsasən xalq yaradıcılığından ibarət ilk nümunələri ilk olaraq orta əsrlərdə meydana çıxıb.
B) Bu dövrdə Azərbaycan saraylarında farsca yazmaq ənənəsi var idi.
C) Bu dövrdə xalq yaadıcılığına, xüsusilə, eposa, Şərqin tanrıçılıq, atəşpərəstlik, islam kimi dinlərinin irəli sürdüyü ideyalara böyük maraq özünü aydın şəkildə göstərir.
D) Bu dövrün ən qüdrətli nümayəndəsi N.Gəncəvidir.
E) Qədim dövrün sonlarında yazılı ədəbiyyat sarayda və ya sarayla bağlı olduğuna görə tənqidə xüsusi yer verilirdi.
8. N.Gəncəvi “Leyli və Məcnun” pomasını kimə həsr edib?
A) Əlaəddin Körpə Arslana
B) Şirvanşah Axistana
C) Nüsrətəddin Əbubəkrə
D) Məlik İzəddinə
E) Məhəmməd Cahan Pəhləvana
9. N.Gəncəvinin hansı poeması 20 məqalət və 20 hekayətdən ibarətdir?
A) “Sirlər xəzinəsi”
B) “Xosrov və Şirin”
C) “Leyli və Məcnun”
D) “Yeddi gözəl”
E) “İsgəndərnamə”
10. Başına mən dolanım
Mən dönüm, mən dolanım.
Səni Allah saxlasın
Sayəndə mən dolanım.
Verilmiş nümunə hansı janrdadır?
A) Layla B) Oxşama C) Alqış D) Ağı E) Bayatı
11. Bu janrda qəlibləşmiş sabit janr-forma xüsusiyyətləri var. Lirik növün başqa janrlarının yaranması üçün əsas, özül rolunu oynayır. Söhbət hansı janrdan gedir?
A) Laylalar C) Oxşamalar E) Bayatılar
B) Ağılar D) Nəğmələr
12. N.Gəncəvi hansı əsərindəki hansı surəti “türk”, “türk gözəli” kimi təsvir edir?
A) “Yeddi gözəl”, Fitnə C) “İsgəndərnamə”, Nüşabə
B) “Xosrov və Şirin”, Şirin D) “Xosrov və Şirin”, Məhin Banu
E) “Leyli və Məcnun”, Leylinin anası
13. Neçənci əsrlərdə Azərbaycan intibahında aşıq yaradıcılığı əsas rol oynamışdır?
A) XV – XVI B) XVI – XVII C) XVII – XVIII D) XVIII – XIX E) X – XVI
14. N.Gəncəvinin “Dibvan”-da bizə nələr gəlib çatıb?
A) 6 qəzəl, 120 qəsidə, 30 rübai
B) 120 qəzəl, 6 qəsidə, 30 rübai
C) 30 qəzəl, 120 qəsidə, 6 rübai
D) 30 qəzəl, 6 qəsidə, 120 rübai
E) 120 qəzəl, 30 qəsidə, 6 rübai
15. Ədəbiyyatımızda ilk nəsr əsəri hansıdır?
A) “Dastani- Əhməd Hərami” C) Ə.Xaqaninin məktubları
B) M.Füzuli “Şikayətnamə” D) M.Füzuli “Həft cam” E) Ş.İ.Xətai “Nəsihətnamə”
16. N.Gəncəvinin hansı əsərinin digər adı “Xirədnamə”-dir (“Ağıl kitabı”)?
A) “Sirlər xəzinəsi” C) “İqbalnamə” E) “Yeddi gözəl”
B) “Dəhnamə” D) “Şərəfnamə”
17. N.Gəncəvi öz həyatına aid faktları ilk dəfə hansı əsərində vermişdir?
A) “Sirlər xəzinəsi” C) “Leyli və Məcnun” E) “İsgəndərnamə”
B) “Xosrov və Şirin” D) “ Yeddi gözəl”
18. I minilliyin sonu II minilliyin əvvəllərində hansı dil ümumən müsəlman Şərqində ədəbiyyatın əsas dili olaraq tarixi nüfuz qazanmışdır?
A) Türk dili C) Fars dili E) İngilis dili
B) Ərəb dili D) Rus dili
19. Qədim dövr sonlarında- XI – XII əsrlərdə ədəbiyyatda ən geniş yayılmış janr hansı idi?
A) Fəxriyyə C) Nət E) Mədhiyyə
B) Mərsiyə D) Məsnəvi
20. N.Gəncəvi hansı poemasını əvvəlcə yazmaq istəməmiş, ancaq oğlunun xahişi ilə yazmışdır?
A) “Sirlər xəzinəsi” C) “Yeddi gözəl” E) “Leyli və Məcnun”
B) “İsgəndərnamə” D) “Xosrov və Şirin”
21. Azərbaycana yazı mədəniyyətini yazılı ədəbiyyata kimlər gətirib?
A) Qıpçaq türkləri C) Qaqauz türkləri E) Ərəblər
B) Oğuz türkləri D) Səfəvilər dövləti
22. N.Gəncəvinin hansı əsərinin adi tərcümədə “Tale kitabı” mənasını verir?
A) “Şərəfnamə” C) “İqbalnamə” E) “Xirədnamə”
B) “Qocalıq” D) “Sirlər xəzinəsi”
23. Hansı şair bayatı yazmayıb?
A) Ş.Xətai B) Q.Zakir C) M.Əmani D) H.Cavid E) Sarı Aşıq
24. N.Gəncəvi “Xosrov və Şirin” poemasını neçənci ildə yazıb?
A) 1171 B) 1174 C) 1188 D) 1181 E) 1203
25. Belə nəğmələrdə vəfa, sədaqət, etibar, gözəllik, mərdlik kimi mənəvi-əxlaqi keyfiyyətlər təbliğ olunur. Söhbət nədən gedir?
A) Sayaçı sözləri B) Holavarlar C) Toy nəğmələri D) Qəhrəmanlıq nəğmələri E) Nazlamalar