Qadin.NET / Diqqət testi

Diqqət testi

Sualları "bəli", "xeyr" deyərək cavablandırın.

1. Diqqətsizliyə görə tez-tez uduzursunuz?
2. Dostlarınız və ya tanışlarınız sizi ələ salırlar?
3. Siz bir işlə məşğul olduqda ətrafınızda danışılanlara qulaq asa bilirsinizmi?
4. Küçədən nə vaxtsa açar və ya pul tapmısınız?
5. Küçədən keçərkən siz ətrafa diqqətlə baxırsınız?
6. 2 gün bundan əvvəl baxdığınız filmin detallarını xatırlaya bilirsinizmi?
7. Siz qəzet, kitab oxuduğunuz, televizora baxdığınız və hər hansısa bir işlə məşğul oldugunuz zaman fikrinizi yayındırana qıcıqlanırsınız?
8. Mağazada kassanın qarşısında elə o dəqiqə pulun qalığını yoxlayırsınızmı?
9. Mənzildə lazım olan əşyanı tez tapırsınız?
10. Küçədə qəflətən kimsə sizə dəyəndə səksənirsiniz?
11. Bir insanı başqası kimi qəbul etdiyiniz olubmu?
12. Söhbətə başınız qarışaraq lazımi dayanacağı ötürmüsünüzmü?
13. Yaxınlarınızın ad gününü bu dəqiqə ləngimədən deyə bilərsinizmi?
14. Yuxudan asanlıqla oyanırsınız?
15. Böyük bir şəhərdə kənardan heç bir kömək olmadan, bir dəfə olduğunuz yeri yenidən tapa bilərsinizmi?

Diqqət testi

Nəticələrin işlənməsi: 2,3,4,5,6.8,9,13,14,15-ci suallara "bəli",  1,7,10,11,12-ci suallara "xeyr". Hər uyğunluq təşkil edən cavabı 1 balla qiymətləndirin. Yəni əgər burdakı kimi "Bəli" olmalı olanlara bəli deyib, "xeyr" deməli olanlara xeyr demisinizsə, onda həmin testi 1 balla qiymətləndirin. Alınan balı isə şərhlərdə qeyd edin ki, hər kəsin balına uyğun olan cavablar yazılsın.smile

Cavablar

11 baldan yuxarı: siz heyrətləndirici dərəcədə diqqətcil və gözüaçıqsınız. Belə yaddaşa və diqqətcilliyə görə sizə yalnız qibtə eləmək olar. Bu hamıya qismət olmur.

5-10 bal: siz kifayət qədər diqqətcilsiniz, əsas olan nəyisə unutmursunuz. nəyisə yaddan cıxara bilərsiniz, hərdən unutqanlıq göstərərsiniz. Yenə də siz indiki anda diqqətinizi toplaya bilirsiniz. və heç bir əyri əskikliyə imkan vermirsiniz.

4 baldan aşağı: diqqətiniz çox dağınıqdır və bu həyatınızda bir çox xoşagəlməzliklərin səbəbidir.

Sizi buna görə günahlandıranda ona sadəcə gülümsəyərək cavab verirsiniz ki, mən belə boş şeylərə əhəmiyyət vermirəm. Boş şey? Sizin diqqətsizliyinizdən yaranan xoşagəlməzliklərə dözmək ətrafdakılar üçün nə deməkdir? Məsələn, su kranının ağzını açıq qoymaq və ya kimdənsə götürdüyünüz nadir kitabı itirmək. Elə insanlar var ki, özünün diqqət dağınıqlığını qəhrəmanlıq sayır, hansı ki, onlarla hesablaşmaq mümkün deyi. Əlbəttə yaşlı insanları buna aid etmirik. Lakin orta xüsusilə də kiçik yaşlılar diqqətsizliyin qarşısını almaq üçün daim yaddaşları ilə məşq etməlidirlər. 

9 aprel 2014
GO BACK