Qadin.NET / Sən kimsən?

Sən kimsən?

Sən kimsən?

Xanımlar və cənablar, bu dəfə isə daha da maraqlı bir testi sizinlə paylaşmaq istəyirəm. 

Yuxarıdakı şəkillərə diqqətlə baxın və ürəyiniz istəyən birini seçin. Çalışın ki, şəkillərdən yalnız birini seçəsiniz. Yox, əgər bir necəsi inadla sizin xoşunuza gələrsə, onda bunu problem etməyə dəyməz. Demək xarakteristikaların hər birinin içində sizə aid olanları olacaq. Seçdiyiniz şəklin rəqəminə uyğun açıqlamasını oxuyandan sonra mütləq fikrinizi bizimlə paylaşın. Həmin şəklə uyğun olan xarakteristikalar əvvəlcə şərhlərdə yazılacaq, daha sonra isə xəbərə yerləşdiriləcək.

Cavablar:

1. Əliaçıq və şən
Siz daim yaxşılar siyahısına düşməyə can atırsınız. Yüksək tələbatlarınız və planlarınız var. İnsanlar sizinlə ünsiyyət qurmağın çətin olduğunu düşünə bilər, amma əslində siz özünüzlə ünsiyyət qurmaqda çətinlik çəkirsiniz. Siz ciddi-cəhdlə çalışırsınız, amma eqoist də deyilsiniz. Siz çalışırsınız, çünki dünyanı daha gözəl bir məkana çevirmək istəyirsiniz. Siz incinənə qədər sevirsiniz. Sonra isə... sevməkdə hələ də davam edirsiniz. Çox az insan sizdəki müsbətləri görə və qiymətləndirə bilər.
2. Cəlbedici və doğrusözlü
Siz başqalarının qayğısına qalmağı sevən və məsuliyyətli insansınız. Vicdanlı işlərə inanırsınız və asanlıqla məsuliyyəti öz üzərinizə götürürsünüz. Yaxşı xarakteriniz var. İnsanlarda inam yaradırsınız. Parlaq fikirli, sürətli və ağıllısınız. Siz dimmidentsiniz və sizdə həmişə danışmağa maraqlı şeylər olur.

3. Ağıllı və dalğın
Siz çox gözəl xəyalpərəstsiniz. Sizin xəyallarınız və ideyalarınız ən vacibidir. Öz nəzəriyyələrinizi və fikirlərinizi təklikdə düşünməyi sevirsiniz. Siz oxumağı və düşünməyi sevən insanlarla asanlıqla münasibət qura bilirsiniz. Heç vaxt səthi düşünmürsünüz. Tərbiyə, əxlaq barədə çox düşünürsünüz. Hətta ətrafınızdakıların çoxu sizinlə razılaşmasa belə, hər zaman ən doğru yolu seçirsiniz.  

4. Fəlsəfi və gözüaçıq
Siz unikalsınız, tayınız-bərabəriniz yoxdur. Hətta ətrafınızda sizə az da olsa oxşayan biri yoxdur. İntuisiyalarınıza güvənən və bir az da şıltaqsınız. Sizi tez-tez səhv anlayırlar və bu sizi yaralayır. Sizə şəxsi boş məkan lazımdır. Yaradıcılığınız çiçəklənməli və ətrafdakılar da buna hörmət etməlidirlər. Həyatın qaranlıq və işıqlı tərəflərini dəqiq görən insansınız. Siz çox emosionalsınız.

5. Əmin və hakim
Siz heç kimdən asılı deyilsiniz. “Özüm edərəm” prinsipi ilə yaşayırsınız. Yalnız özünüzə arxalanırsınız. Özünüzə və dəyər verdiyiniz insanlara görə güclü olmağın yollarını bilirsiniz. Siz nə istədiyinizi bilir və onları əldə etməkdən də çəkinmirsiniz. İnsanlardan tələb etdiyiniz yeganə şey sizə qarşı səmimi olmalarıdır. Hər cür həqiqətlərə hazırlıqlısınız.

6. Mehriban və həssas
Siz insanlarla çox rahat əlaqə qura bilirsiniz. Dostlarınızın sayı çoxdur və onların həyatlarını yüngülləşdirməyi sevirsiniz. Xoş və gözəl auranız var. İnsanlar sizin yanınızda özlərini çox rahat hiss edirlər. Hər gün daha da yaxşı olmağın yollarını düşünürsünüz. Unikal, gözüaçıq və maraqlı olmağa çalışırsınız. Sizə sevgi dünyada hər kəsdən çox lazımdır. Hamını, hətta qarşılıqsız da sevməyə hazırsınız.

7. Xoşbəxt və soyuqqanlı
Siz qayğıkeş insansınız və ətrafınızdakıları rahat başa düşürsünüz. İnsanları tənbeh etmədən dinləyə bilirsiniz. Düşünürsünüz ki, həyatda hər kəsin öz həyat yolu var. Siz hadisələri və insanları rahat və asan qarşılayırsınız. Səbirli insansınız və özünüzdən asanlıqla çıxmırsınız. Zamanınızı hər zaman gözəl keçirirsiniz və öz yolunuzdan da dönmürsünüz.

8. Heyrətamiz və enerjili
Siz gülməli və şən insansınız. Bütün dünya ilə harmoniyadasınız. Həyəcanla və ruh yüksəkliyi ilə dolu bir insansınız. Siz hər şeyin lehinəsiniz. Ən əsas da macərapərəstsiniz. Ətrafınızdakı insanları tez-tez təəccübləndirirsiniz. Hər zaman özünüz kimi qalırsınız. Sizin üçün hər şey maraqlıdır və başınızı asanlıqla qata bilirsiniz. Əgər sizi bir şey maraqlandırmağa başlasa, onu tamamilə, cidd-cəhd ilə öyrənməmiş rahatlıq tapmırsınız. 

9. Nikbin və uğurlu
Siz həyatın insanlara verilmiş bir hədiyyə olduğuna inanırsınız və əlinizdə olanlarla kifayətlənib onlardan maksimal dərəcədə faydalanmağa çalışırsınız. Həyatda nail olduqlarınızla qürur duyursunuz. Sevdiyiniz insanlarla bütün sevinc və kədərinizi bölüşməyə hazırsınız. Stəkanın dolu tərəfinə baxanlardansınız. Siz bağışlamaq, öyrənmək və inkişaf etmək üçün əlinizdən gələni əsirgəmirsiniz. Sizə görə həyat başqa şeylərlə məşğul olmaq üçün çox qısadır.

 


4 aprel 2014
GO BACK