Qadin.NET / Sizi aldatmaq mümkündürmü?

Sizi aldatmaq mümkündürmü?

Sizi aldatmaq mümkündürmü? 

Sizi aldatmaq mümkündürmü? Əminliklə deyə bilərsiniz ki, sizi heç vaxt aldatmaq olaz və heç kim bunu edə bilməz? Əgər əmin deyilsinizsə, aşağıdakı testi sınaqdan keçirə bilərsiniz.

1. Kimə isə kobud söz dedikdə fikirləşirsiniz ki, bu ona pis təsir edə bilər?
a) bəli - 0

b) xeyr - 1 

2. Hara isə gecikəndə çalışırsınız ki, otağa elə girərsiniz sizi heç kəs hiss etməsin?
a) bəli - 1  
b) xeyr - 0

3. Kimi isə aldatmaq üçün bil-bilə yalan danışa bilirsinizmi?

a) bəli - 1
c) xeyr - 0
4. Elə hiyləgərlik edirsiniz ki, heç kimin xəbəri olmasın?
a) bəli - 1
b) xeyr - 0
5. İstədiyiniz şeyə nail olmaq üçün həmişə vasitə tapırsınızmı?
a) bəli - 1
b) xeyr - 0
6. Əyləncəli oyunlarda şərəfli uduzmağa üstünlük verirsinizmi?
a) bəli - 1
b) xeyr - 0
7. Qorxduğunuz, çəkdiyiniz işləri dostunuzun yerinə yetirməsini xahiş edirsinizmi?
a) bəli - 1
b) xeyr - 0

8. Zarafat etmək sizin gündəlik "peşəniz"dirmi?
a) bəli - 1
b) xeyr - 0

Sizi aldatmaq mümkündürmü? 

Nəticə:

7 xal və ondan yuxarı: Siz hər şeyi bacarırsınız. Necə deyərlər, sizi hiyləgər adlandırmaq mümkündür. Elə bir şey yoxdur ki, siz ona nail olmayasınız. Sizi aldatmaq çox çətindir. Lakin bu cür qəti addımlar getdikcə səmimilik kimi xüsusiyyətləri yoxa çıxarır. Hərdən sədaqətli və səmimi olun.
4-6 xallar: Siz çox ağıllı adamsınız. Sizi heç kəs aldada bilməz. Çünki siz məsuliyyətlisiniz və yalan danışmağı bacarmırsınız. Əlbəttə, bu çox yaxşıdır. Həqiqət və səmimiyyət insanları bir-birinə yaxınlaşdırır. Siz həm də hər şeyin həddini bilən adamsınız.
3 xal və ondan aşağı: Çox təəssüf ki, siz sadəlövhsünüz, elə ona görə də sizi aldatmaq çox asan olur. Siz tez-tez özünüzdə olmursunuz. Sizin bu fikir dağınıqlığınız digərlərinə imkan veriri ki, sizi aldadıb, sizdən istifadə etsinlər. Artıq sizin çox ciddi və məsuliyyətli olmağınızın vaxtı gəlib çatıb.

 

Müəllif: S.Qafarova

6 yanvar 2014
GO BACK